“Faciəvi təsadüf”ün xatırlanması – məkrli niyyət göz önündədir
Vətəndaşlarımız yaxşı xatırlayar, 2023-cü il 20 sentyabrında Qarabağın Canyataq kəndi yaxınlığında bir faciəvi hadisə baş vermişdi: necə olmuşdusa, rus sülhməramlıları atışma zamanı həlak olmuşdular. Həmin vaxt Azərbaycan hərbçiləri Xankəndi ətrafında cəmləşmiş Ermənistan hərbçilərinə qarşı lokal xüsusi əməliyyat keçirirdilər. Əməliyyatın keçiriləcəyi öncədən bəlliydi, rus komandanlığının da, şübhəsiz ki, bundan xəbəri vardı. Ancaq heç kəsin gözləmədiyi halda rus hərbçilər atəş nöqtəsində peyda olmuşdular və bu, faciəvi sonluqla bitmişdi. Bu, Azərbaycana, onun cari və strateji planlarına uyğun olmayan fors-major hal idi. Elə ona görə də Moskva, Kreml, Putin Azərbaycan hakimiyyətinin izahatını anlayışla qarşıladı.…
Read More