Azərbaycan düyü idxalını 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 38 min 807 ton düyü idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həcmdə düyünün dəyəri 36 milyon 482 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımdan 9 milyon 323 min ABŞ dolları (19,3 %), dəyər baxımından isə 13 milyon 556 min ABŞ dolları (27 %) azdır.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal 0,2 %-ini təşkil edib.