Sabah hava PİSLƏŞƏCƏK: İntensiv yağış, şimşək çaxacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz…
