Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, dolu düşüb
Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, Altıağacda 3, Gəncə, Tovuz, Naftalanda 2, Goranboy, Ağstafa,…
