YAP Bərdə rayon təşkilati Dövlət Suverenliyi Gününü təntənəli şəkildə qeyd edib.
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş təntənəli tədbir keçirib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda, xalqımızın azadlığı naminə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Dövlət Suverenliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, dövlət suverenliyimizin bərpası müstəqillik tariximizdə Müzəffər Liderimiz cənab İlham Əliyev başda olmaqla xalqımızın ən böyük tarixi qələbəsidir!…
Read More