Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına liseydə “Bilik günü” qeyd olunub FOTOLAR
15 sentyabr 2025-ci il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Bərdə Təhsil Sektorunun müdiri Qurban Məmmədov, şəhid anası Zibeydə Zeynalova, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən Bərdə Təhsil Sektorunun müdiri Qurban Məmmədov yeni dərs ilinin əhəmiyyətindən, təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən və bu sahədə qarşıda duran vəzifələrdən bəhs etmişdir və qeyd edib ki, gənc nəslin yüksək bilik və bacarıqlara yiyələnməsi, vətənpərvərlik ruhunda yetişməsi ölkəmizin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir.
Sonda şəhid anası Zibeydə Zeynalova yeni tədris ilinin başlanması münasibətilə şagirdlərə uğurlar, müəllimlərə isə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində böyük nailiyyətlər arzulamışdır.