YAP Bərdə rayon təşkilatı yeni dərs ilinin başlanması münasibətilə rayonun şəhid övladları və ailələri ilə görüş keçirib.
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni dərs ilinin başlanması münasibətilə şəhidlərimizin əmanəti olan azyaşlı uşaqları və ailələri ilə görüş keçirib. Görüşdə öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, şəhidlərimizin əziz övladları bütün xalqımızın övladlarıdır. Onların təhsildə və həyatda hər bir uğuru hər birimiz üçün böyük fəxrdir! Bugün şəhid ailələri və…
Read More