Region Xəbərləri 

Unudulmaz Çin səfəri…

Dünyanın qədim yeddi möcüzəsindən birinin məkanı, ən böyük və ən çox əhali sayına və müasir dövrün ən sürətli inkişafına malik dövləti -Çin Xalq Respublikasının dəvəti ilə olduqca əhəmiyyətli və zəngin proqramlı tarixi səfərdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olmağımı YAP-ın ən yüksək etimadı olaraq qiymətləndirir, bunu təşkilatımızın bütün üzvlərinin və bütün bərdəlilərin dövlətə sədaqətinə göstərilən inam olaraq dəyərləndirir və başda Müzəffər Liderimiz cənab İlham Əliyev olmaqla bütün YAP ailəsinə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu tarixi səfər zamanı…

Read More
Region Xəbərləri 

Kiçik ada Dövlətlərinin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. İqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin səsi ilk dəfə məhz Bakıda təşkil edilən qlobal arenada eşidildi. Tədbirdəki çıxışında “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir” deyən dövlətimizin başçısı bildirdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Sammit iqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuşdur, geniş müzakirələr iqlim dəyişmələrinin ən kəskin…

Read More
Region Xəbərləri 

Müstəqil Azərbaycan Respublikasının Yeni Konstitusiyası: Tarixi, Hüquqi və Siyasi Təhlil

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası müstəqil dövlətin hüquqi, siyasi və demokratik əsaslarını müəyyənləşdirən əsas sənəddir. Bu Konstitusiya Azərbaycanın dövlət quruluşunun prinsiplərini, hakimiyyət bölgüsü sistemini, vətəndaş hüquq və azadlıqlarını və beynəlxalq hüquq qarşısında mövqeyini müəyyən etmişdir. Yeni Konstitusiya Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik idarəetmənin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının hüquqi-siyasi sistemində keçid dövrünün çağırışları hiss olunurdu. Sovet hüquq sistemi ilə idarə olunan dövlət müstəqillik dövründə yeni, milli hüquq sisteminə keçməli…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyini qeyd etdi.

Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Ulu öndər Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. YAP Bərdə rayon təşkilatının binasında keçirilən tədbiri açan YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və onların timsalında təşkilatın bütün üzvlərini təbrik etmiş, Partiyanın tarixi zərurətdən yarandığını xüsusi vurğulayaraq keçdiyi şərəfli…

Read More
Region Xəbərləri 

Dünənin, bu günün və gələcəyin partiyası

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri ayıran 32 illik zaman   partiyanın monolitliyinin, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyinin təqdimatıdır. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən  Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 800 minə yaxın üzv birləşib. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin məşhur “91-lər”in “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə cavabında Azərbaycanın bu günü və gələcəyi üçün  nəzərdə tutulan  hədəflərə yüksək səviyyədə çatdığımızın təsdiqidir.  Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini ifadə edən  müraciətə  “Yeni, müstəqil Azərbaycan…

Read More
Region Xəbərləri 

Ağdamın işğaldan azad olunmasından 4 il ötür

2020 ci ilin noyabrın 20-i Ağdam şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük…

Read More
Region Xəbərləri 

20 Noyabr – Ağdam şəhəri günü.

20 Noyabr – Ağdam şəhəri günü.   “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Prezident İlham Əliyev   20 noyabr 2020-ci il. İllər sonra Ağdamla açılan ilk səhərimiz oldu. Cənab Ali Baş Komandanımız xalqımıza illərdir gözlədiyi bu sevincli xəbəri verdi. Ağdam düşmən tapdağından azad olundu. Ancaq unutmamalı olduğumuz bir tarix var – 23 iyul 1993-cü il. Yoxluğu ilə heç vaxt barışmadığımız Ağdamın azğın, bütün alçaqlıqların məcmusu olan erməni qəsbkarları tərəfindən işğal olunduğu, 128 mindən çox ağdamlının öz yurdundan ayrı düşdüyü o ağrı-acılı həmin gün. 1993-cü ildə…

Read More
Region Xəbərləri 

Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar.

10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinə son qoyan və bölgədə yeni reallıqlar yaradan tarixi sənəd oldu. Bu bəyanat münaqişənin gedişi, beynəlxalq hüququn prinsipləri və regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu sənəd Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı hərbi və diplomatik uğurların nəticəsi olaraq ortaya çıxdı. Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürdüyü iddialardan qaynaqlanır. 1991-1994-cü illərdə müharibə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin 20%-ni işğal etdi və bir milyondan çox azərbaycanlı…

Read More
Region Xəbərləri 

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli mövqə göstərir.

Noyabrın 12-də Bakı şəhərində keçirilən COP29 liderlər sammitinin açılış mərasimində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çıxışı, ölkənin iqlim dəyişiklikləri ilə mübarizədəki mövqeyini və qlobal iqlim siyasətindəki rolunu bir daha dünya ictimaiyyətinə bəyan etdi. Bu mötəbər tədbir, qlobal iqlim dəyişikliyi məsələlərinə diqqət çəkmək və bu istiqamətdə ölkələr arasında daha sıx əməkdaşlıq və səylərin artırılması məqsədini güdür. Cənab İlham Əliyevin bu sammitdəki çıxışı, Azərbaycan üçün bir tərəfdən beynəlxalq aləmdəki nüfuzunu gücləndirmək, digər tərəfdən isə özünün iqlim siyasətindəki irəliləyişlərini və uğurlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi, son illərdə bütün…

Read More
Region Xəbərləri 

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.   Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Read More