Region Xəbərləri 

Bərdədə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən 2 kiloqram tiryək aşkarlanıb VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Seymur Əliyev İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki satmaq istəyən zaman saxlanılıb. Onun üzərindən və evindən 2 kiloqramdan artıq tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Azərbaycanın tarixi zəfərləri dünya siyasətində yeniliklərə yol açıb

Faqət Şadlinskaya Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etmək lazım olduğunu atdığı uğurlu addımlarla təsdiqləyir. Azərbaycan Ordusu cəmi 44 gün ərzində Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Ali Baş Komandan İlham Əliyev bu günlər ərzində xalqa müraciətində bildirirdi ki, düşmən silahları yerə qoysun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini versin və biz müharibəni dayandırmağa hazırıq.  Müqəddəs ocağımız, alınmaz qala sayılan Şuşanı azad etdikdən sonra  düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və Kapitulyasiya Aktına imza atmağa məcbur oldu. Cənab İlham Əliyev ötən…

Read More
Region Xəbərləri 

Tək övladını Şəhid vermiş Arzu Hüseynova ana və atasını vaxtsız itirmiş-BƏRDƏLİ QAZİ SAMİR SÜLEYMANOVA TOY ETDİ… – FOTOLAR – YENİLƏNİB

16 may 2024-cü il tarixində-axşam saatlarında Bərdəli İkinci Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı, ailənin iki övladından biri, tək bacının tək qardaşı, 26 yaşlı, ana və atasını vaxtsız itirmiş Samir Teymur oğlu Süleymanovun toy mərasimi keçirilib. Toyun təşkilatçısı isə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad Elməddin Hüseynzadənin anası Arzu Hüseynova olub. Qeyd edək ki, Bərdəli, Alaçadırlı, 23 fevral 1998-ci il təvəllüdlü Qazi Samir Süleymanov Bakılı Ülviyyə Mustafayeva ilə ailə həyatı qurub. Məclisdən öncə bəylə gəlin Bərdə Şəhidlər Xiyabanını ziyarət edərək, bir-bir Şəhid məzarlarının üzərinə gül dəstələri qoyub, Şəhidlərin məzarları qarşısında…

Read More
Region Xəbərləri 

Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi.

Ermənistan Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq sənədlər qəbul edilir, ciddi müzakirələr olunurdu və mühüm sənədlər qəbul edilirdi. 1993-cü il iyunun 15-də ümumilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu öndər belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan  münaqişəsinin həllində kompleks yanaşma,mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur.Bunlar sabitliyin…

Read More
Region Xəbərləri 

Qarşılıqlı etimad

Faqət Şadlinskaya Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Azərbaycan xarici siyasətində səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Hər bir səfər münasibətlərdə yeni…

Read More
Region Xəbərləri 

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu ölkəm`izin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə cari ilin 4-6 sentyabr tarixlərində Romaya işgüzar səfəri də ölkəmizin Avropada vacib faktorlardan biri kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi. Dövlət başçımızın bu səfər çərçivəsində sentyabrın 6-da 50-ci Beynəlxalq Çernobbio Forumuna əsas qonaq kimi dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strateji planlarında Azərbaycanın da iştirakını görmək…

Read More
Region Xəbərləri 

Ağcabədidə narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrih qanunsuz dövriyyəsində şübhəli bilinən Mirağa Süleymanov saxlanılıb. Həmin şəxs marixuananı tanışı Bəhruz Məmmədovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə B.Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvandan çətənə bitkiləri və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Ağcabədi polisi əməkdaşları narkokuryerlik edən şəxsdən 2 kiloqramdan artıq heroin aşkarlayıb -VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik 2 kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Azərbaycanın müstəqillik yolunun əsası

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanı hər zaman zirvələrə aparır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünə, eyni zamanda, fəaliyyətinin Naxçıvan mərhələsinə  nəzər salsaq Ümummilli Liderin ən böyük azərbaycanlı olduğunu böyük qürur hissi ilə qeyd edirik. O, azərbaycançılıq ideologiyasının inkişafına, təbliğinə xüsusi önəm verməklə hər zaman belə bir arzu ilə yaşamış, bu istiqamətdə addımlar atmışdır ki, Azərbaycan ancaq və ancaq  zirvələrdə olmalıdır. 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həmin vaxtdan Azərbaycanın həyatının bütün sahələrində sürətli yüksəliş, milli…

Read More
Region Xəbərləri 

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdi. Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Heydər Əliyev 1990-cı il iyulun…

Read More