Şou biznes
Mərhum meyxanaçının anası vəfat etdi
Meyxanaçı Xəyyam Əhmədlinin anası vəfat edib. Musavat.com-un xəbərinə görə, bu haqda “Rəngarəng” verilişinin canlı efirində aparıcı Zaur Nəbioğlu məlumat verib. O bildirib ki, mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını dəyişib. Qeyd edək ki, Xəyyam Əhmədli meyxana sənətində özünəməxsus ifa tərzi ilə tanınıb. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam […]
Xatirə yeni barışdığı Vasifi evində qonaq etdi – VİDEO
Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatirə İslam bir araya gəlib. Bir vaxtlar küsülü olan duet ortaqları barışdıqlarını nümayiş etdirib. Vasif Xatirənin evində qonaq olub. Qeyd edək ki, V.Məhərrəmli və X.İslam bir müddət əvvəl küsmüşdü. Xatirə “Vasif inciyib” deyərək, məsələnin nə üstündə baş verdiyini gizli saxlamışdı.
“3 ildir nəvəmi görə bilmirəm”
3 ildir baba olan rejissor-aktyor Aqil M.Quliyev hələ də nəvəsini görə bilməyib. Bu barədə o, “Qapqara” yutub layihəsində danışıb. “Nəvəmin bu il 3 yaşı tamam oldu. Mən hələ də Moskvaya gedib çıxa bilməmişəm. Tərpənmək istəyirdim, bu hadisələr baş verdi. Hər şey yaxşıdır. Özümü 53 yaşlı insan və baba kimi hiss etmirəm. Bəlkə də, peşə mövzusuna çox […]
“Deyir ki, ruhun mənə bağlıdır” – Bıçaqla Hüseynin evinə hücum etdi – VİDEO
Bloger Hüseyn Həsənovun başına qəribə hadisə gəlib. Bu barədə Hüseyn özü məlumat yayıb. O, bildirib ki, tanımadığı bir qadın tərəfindən narahat edilir. Sözügedən şəxs Hüseynin ruhunun ona bağlı olduğunu söyləyir. Video paylaşan Həsənov həmin qadının evinə qədər gələrək onu narahat etdiyini, sonda polis çağırmaq məcburiyyətində qaldığını bildirib: “O, deyir ki, sən özünə sevgili tapa bilmirsən, […]
Qardaşı şəhid olandan sonra sənətdən gedən Xana hazırda nə işlə məşğuldur?
Bir zamanlar Rəsul Abbasov ilə oxuduğu duetlərlə böyük izləyici kütləsi toplayan bloger və ifaçı Xananın (Xanım Babayeva) hazırda nə işlə məşğul olduğu böyük maraq doğurur. AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Xana kimi məşhurlaşan Xanım Babayeva hazırda kosmetoloq kimi fəaliyyət göstərir. O Bakının mərkəzi rayonlarının birində çalışır. Xatırladaq ki, Xana Azərbaycan sosial media mühitində bir zamanlar […]
“Aygün Kazımova toyda oxuyanda masada qabırğa kababı yaddan çıxır” – VİDEO
Yazıçı və aparıcı Həmid Herisçi açıqlaması ilə diqqət çəkib. O, Real FM-ə müsahibəsində toylarla bağlı danışıb. Heresçi bildirib ki, “Azərbaycanda toyxananı islah edib, əsl toy mərasiminə çevirə biləcək yeganə müğənni Xalq artisti Aygün Kazımovadır. Çünki Aygün oxuyanda masa, yemək yaddan çıxır. Qonaqların fikri məhz pop divaya yönəlir”.
Elnarənin qızı blogerliyə başlayır?
Əməkdar artist Elnarə Abdullayevanın qızı Xədicə instaqramda özünə ictimai hesab açıb. OLAY-ın məlumatına görə, əvvəllər qapalı səhifə işlədən Xədicə artıq paylaşımlarını heç kimdən gizlətmir. Onun izləyici artımı üçün instaqramda Aysel Şükür və Asya İsmayılovanın yarışlarına qoşulması da diqqətdən qaçmayıb. 10 min izləyici yığan Abdullayevanın qızı həyat yoldaşı ilə şəkillərini də paylaşıb.