Şənbə, 04 İyl, 2026

Keçmiş həyat yoldaşından danışdı

“Qadın yaxşı gününə ayrılmaz. Hələ tanımadım ki, qadın desin, xoşbəxtəm, amma ayrılıram. Yoldaşını atan kişilər, övladının üzünü görməyən atalar var. Hələ uşağını ataya göstərməyən qadın görmədim. Həyat yoldaşından ayrılsan da, övladına zaman ayırmalısan. Hərdən deyirlər, aliment göndəririk. Yox, diqqət də lazımdır. Bu, olmayanda uşaq travma alır”. Bu sözləri müğənni Rahidə Baxışova “Bir gün” verilişində deyib. […]

“20 qəpik verib məni oxutdururdular”

Müğənni Mənzurə Musayeva sənətə başladığı ilk addımlarını yada salıb. Uşaqlıq dönəmlərindən danışan sənətçi ilk qazancını necə əldə etdiyini dilə gətirib. “Məktəb yaşlarımda Coratda yaşamışıq. Orada böyümüşəm. Ləkdə göyərti əkirdilər. Qonşular məni çağırırdılar ki, gəlib onlar üçün oxuyum. Mənim biznesim elə oradan başladı. Gedib göyərti satırdılar, məni də yanlarında oxutdurub 20 qəpik pul verirdilər. Hələ məktəbə […]

Talıb Talenin xanımına qoyduğu QADAĞA

Müğənni Talıb Tale həyat yoldaşına qoyduğu şərtlərdən danışıb. Sənətçi bu haqda “İncə səhər” proqramında bəhs edib. O, aparıcı Vüsalə Əlizadənin “Evlənəndə şərtlərin olub ki, bunlar olmaz? Xanımın işləməyinə icazə verirsən” sualına belə cavab verib: “Bu haqda danışmayaq. Kriteriyalarımı əvvəldən demişəm, evlənmişəm. Hər şey yaxşıdır”. Qeyd edək ki, Talıb ötən il Bahar adlı xanımla evlənib. Cütlüyün […]

Vüsal Murtuzəliyevin vəziyyəti açıqlandı

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb. Aktyorun bacısı Dilarə Əliyeva “Report”a bildirib ki, qardaşı hələ də reanimasiyadadır və qarşıdakı 72 saat önəmlidir. Onun sözlərinə görə, qardaşına anevrizma diaqnozu qoyulub: “Xəstə 72 saatlıq mərhələni keçməlidir. Həkimlər mümkün müdaxilələri edirlər. Orqanizmdə bir-birindən xəbərsiz fazalar var. Bədənin necə reaksiya verəcəyi dəqiq bilinmir. Ümid edirik ki, bu […]

Firuzə İbadovadan Cavanşir Məmmədovla bağlı etiraf: “Sevgilim yox…”

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla haqqında yayılan iddialara cavab verib. Bu barədə sənətçi “Bir gün” verilişində danışıb. O, C. Məmmədovun məzarı başında sevgililik iddialarından söz açıb: “Bizi bir-birimizə, boyumuzu, simamızı yaraşdırırdılar. Hətta deyirdilər Firuzə xanım Cavanşir müəllimin xalası qızıdır. Cavanşir müəllimlə aramda sənət sevdası olub, sevgi yox idi. Onun sevgisi öz […]

Azərbaycanda ən çox qazanan müğənnilər – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən məşhur müğənnilər təkcə populyarlıq deyil, həm də ciddi maliyyə gəlirləri ilə diqqət çəkirlər. Xüsusilə konsert fəaliyyətləri onların əsas qazanc mənbələrindən biridir. 2024-2025-ci illər ərzində konsert gəlirlərinə əsasən Azərbaycanda ən çox qazanan müğənnilərin siyahısını təqdim edirik. Röya Ayxan Son bir il ərzində Azərbaycanda konsertlərdən ən yüksək gəlir əldə edən sənətçilərdən biridir. Xüsusilə “Dream […]

“Hər ikisini bağışladım”

Müğənni Günel Zeynalova ona ən çox ünvanlanan sualları cavablandırıb.  Sənətçi bu haqda 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən danışıb. O, keçmiş nişanlısı, iş adamı Reza Zərrab və türkiyəli müğənni Ebru Gündeşlə aralarındakı küsülülükdən söz açıb: “Zaman keçdikcə kinim, birinə əsəbim bitdi. Həyatınızda olan nişanlınızı, Ebru Gündeşi bağışladınız? Hamını bağışladım”. Günel plastik əməliyyat iddialarına cavab […]

Xanəndənin geyiminin qiyməti DODAQ UÇUQLATDI: paltar 12 manat, kəmər… – VİDEO

Xanəndə Kəmalə Nəsibova açıqlaması ilə marağa səbəb olub. Onun geyimlərinin qiyməti dodaq uçuqladıb. Müğənni qonaq olduğu efirdə bu barədə ona ünvanlanan sualı cavablandırıb: “Paltarım “Selin”dir, qiyməti 12 min manatdır. Yoxlaya da bilərsiniz. “Louis Vuitton” kəmər 10 min manat, ayaqqabı 1200 manatdır. Daha zinət əşyalarımın qiymətini demirəm. Özümün də qəlbimə görə qiymətim yoxdur. Bu geyimlərin kodu […]