Təhsil 

Azərbaycanda bu müəllimlərə maaşdan əlavə pul verildi

Azərbaycanın bir sıra ali məktəblərində işləyən müəllimlərə Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar maaşdan əlavə pul verilib.

Maddi yardımın məbləği 50 manatdan 250 manatadək dəyişir.

Bayram günlərində əməkdaşlarını sevindirən universitetlərin siyahısı aşağıdakı kimidir:

Qarabağ Universiteti – 250 manat

Bakı Dövlət Universiteti – 250 manat

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 200 manat

Mingəçevir Dövlət Universiteti – 200 manat

Lənkəran Dövlət Universiteti – 200 manat

Bakı Mühəndislik Universiteti – 200 manat

Sumqayıt Dövlət Universiteti – 150 manat

Azərbaycan Dövlət İqtisad Universiteti -150 manat

Azərbaycan Dillər Universiteti – 70 manat

Bakı Slavyan Universiteti – 50 manat

Bakı Qızlar Universiteti də əməkdaşlarını mükafatlandıracaq. Lakin universitet mükafatın məbləğiNİ açıqlamayıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti bayramlarla əlaqədar əməkdaşlarına pul mükafatı verməyi nəzərdə tutmur.

Xəzər Universiteti və Azərbaycan Texnologiya Universitetindən isə hələ də bununla bağlı hər hansı qərarın olmadığı bildirilib./yenisabah/

Daha çox xəbərlər