Təhsil 

Birinci sinfə elektron qeydiyyat yekunlaşdı

Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi məqsədilə edilən müraciətlərin qəbulu 1 aprel tarixində yekunlaşıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən ümumilikdə 2000 nəfərə yaxın vətəndaşın müraciəti qeydə alınıb. Hazırda bu müraciətlər təhlil mərhələsindədir. Qeyd edək ki, ünvan dəqiqləşdirilməsi prosesi birinci sinfə qəbul zamanı vətəndaşların yaşayış yerlərinə uyğun məktəb seçimini düzgün və şəffaf şəkildə həyata keçirmək məqsədi daşıyır.

Read More
Təhsil 

Təhsil eksperti etiraz edən müəllimlərdən danışdı: “Niyə 30 ildə nəzarət edilmədi?”

Son iki ayda 492 şəxs musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlər üçün keçirilən attestasiyadan keçə bilməyib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan keçən 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib. Həmçinin 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla…

Read More
Təhsil 

492 musiqi müəllimi üçün son akkord

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq? Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir. Fevralın sonunda musiqi məktəblərində fəaliyyət göstərən müəllimlərin attestasiyası aparılıb. Proses ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edib. Sosial şəbəkələrdə, bir sıra mətbuat orqanlarında attestasiyadan keçə bilməyən müəllimlərin musiqi məktəblərindən işdən çıxarıldığına dair iddialar yayılıb. Suraxanı rayonu 3 saylı Musiqi Məktəbinin müəllimi Qənimə Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şans verilmədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar: “Təxminən…

Read More
Təhsil 

“AMEA keçmişin qalığı deyil, əksinə…”

“Azərbaycan Milli Elmlər Akademiyası – AMEA təkcə elmi müəssisə deyil, milli düşüncənin, strateji intellektin və dövlətin elm siyasətinin daşıyıcısıdır. Onun fəaliyyəti, bəzilərinin düşündüyü kimi, sovet dövrünün qalığı deyil, əksinə, əsası çox əvvəllərə dayanan və müasir dövrdə də elmin inkişafında mühüm rol oynayan bir mərkəzdir”. Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, AMEA-nı yalnız keçmişin mirası kimi deyil, bu günün və sabahın elmini formalaşdıran, Azərbaycanın intellektual gələcəyini təmin edən bir mərkəz kimi qiymətləndirmək lazımdır: “AMEA-nın bugünkü fəaliyyəti, xüsusilə də maddi və təşkilati çətinliklər fonunda həyata keçirdiyi…

Read More
Təhsil 

Məktəblərdə dərs yükü problemi – valideynlər narazılıq edir

Son illər valideynlərin əsas şikayəti məktəblərdə dərs yükünün çox olması ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin həftəlik dərs yükü siniflər üzrə fərqlənir. Məsələn, I siniflərdə həftəlik dərs yükü 22 saat, XI siniflərdə isə 35 saat təşkil edir. Bəzi ekspertlər şagirdlərin dərs yükünün ağır olduğunu və bunun onların asudə vaxtlarına mənfi təsir etdiyini bildirirlər. Ekspertlərin fikrincə, şagirdlər dərsdən sonra ev tapşırıqlarına çox vaxt sərf edirlər ki, bu da onların istirahət və digər fəaliyyətlər üçün vaxtlarını məhdudlaşdırır. Məlumat üçün deyək ki, bəzi ölkələrdə bu problemi aradan qaldırmaq üçün…

Read More
Təhsil 

Musiqi və incəsənət məktəblərində hər üç müəllimdən biri attestasiyada ən yüksək nəticəni göstərib

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə müəllimlərin attestasiyasına başlanılıb. Nazirlikdən verilən məlumata görə, attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə attestasiya prosesindən uğurla keçib. Nazirlikdən bildirilib ki, attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15-nin müəllimlərinin 90 faizi attestasiyanı uğurla başa vurub: “492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam verilməyəcək. Attestasiya prosesi tam videomüşahidə…

Read More
Təhsil 

“Tələbə oxumaq istəmirsə, məzun olmasına imkan verilməsin”

“Əgər tələbə oxumaq istəmirsə, universitet onun məzun olmasına imkan verməməlidir”. Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İTV-nin “Sabaha saxlamayaq” proqramında səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda belə bir fikir formalaşıb ki, tələbə mütləq universiteti bitirməlidir. Halbuki dünya universitetlərində qəbul olan tələbələrin ən azı 30 faizi məzun ola bilmir. Azərbaycanda isə bu göstərici cəmi 2-3 faizdir. “Universitet selektiv yer deyil. O, öz tələbəsini əmək bazarına buraxmaq üçün seleksiyadan keçirmir. Tələbə universitetə daxil olubsa, onun məktəbi bitirməsi üçün çalışılır. Amma tələbə əmək bazarı üçün və ya ümumiyyətlə, oxumaq üçün yararlı deyilsə,…

Read More
Təhsil 

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 4-10 aprel tarixlərində keçiriləcək. Təhsil İnstitutundan verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə…

Read More
Təhsil 

Prezident MÜHÜM FƏRMAN imzaladı

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib. ARANTV.AZ  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, saziş bu ilin fevral ayının 12-də Bakı şəhərində imzalanıb.

Read More
Təhsil 

Bəzi universitetlərdə təhsil 2 il ola bilər – AÇIQLAMA

Hazırda ölkəmizdə ali təhsil müddəti 4 ildir. Son zamanlar cəmiyyətdə təhsil ilinin qısaldılması ilə bağlı müzakirələr var. Tələbələr də bəzi ixtisaslar üzrə 4 ilin çox zaman olduğunu düşünür. Belə ki, bəzi ixtisaslar üzrə 2 illə kifayətlənəcəyini düşünən tələbələr nəzəriyyədən daha çox praktika öyrənilməsinin vacib olduğunu deyirlər. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bəzi ixtisaslar üzrə 4 il çoxdur. Proqramı qeyri-ixtisas fənləri ləğv etməklə 3 ilə yekunlaşdırmaq olar. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, sözügedən məsələ onların da diqqətindədir. Bununla bağlı onlar da müəyyən təhlillər aparırlar. Müzakirələrin yekun…

Read More