Təhsil 

Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Musavat.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727…

Read More
Təhsil 

Valideynlərin NƏZƏRİNƏ: Yeni qeydiyyat mərkəzləri yaradıldı

2024-2025-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək. Bu barədə Oxu.Az-a idarədən məlumat verilib. Qeyd olunub ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 88, 156, 234 nömrəli, Xətai rayonu üzrə 17, 165 nömrəli, Nizami rayonu üzrə 145, 10 nömrəli, Nərimanov rayonu üzrə 45 nömrəli, Binəqədi rayonu üzrə…

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə bu məktəbə yeni direktor TƏYİN OLUNDU

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən bu vəzifəyə Elgün Qocamanov təyin edilib. O, daha əvvəl Bərdə rayon Yeni Daşkənd kəndi Yasif Kərimov adına tam orta məktəbin direktoru olub. Qeyd edək ki, bundan öncə 3 nömrəli tam orta məktəbin direktoru Səfurə Hümbətova olub. O, yaşa görə pensiyaya çıxıb.

Read More
Təhsil 

Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb

Bakıda 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb. ARANTV.AZ xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində qərar verilib. Qeyd edilib ki, məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib. Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.

Read More
Təhsil 

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur.

Read More
Region Xəbərləri Təhsil 

A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Oxu günü” tədbiri keçirilib.

Aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Oxu günü” tədbiri keçirilib.Tədbirdə bədii əsərlərin oxusu və müzakirəsi,kitab sərgisi təşkil olunmuşdur.Sonda şagirdlər arasında viktorina təşkil edilmiş və kitab sərgisinə baxış keçirilmişdir.

Read More
Təhsil 

“Yüksək bal yığmaq hələ yaxşı mütəxəssis olmaq deyil…” – uğurlu peşəni necə seçməli…

Məleykə Abbaszadə: “Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”; ekspertlər deyir ki, abituriyentlər mütləq mütəxəssislərlə məsləhətləşməlidir, çünki… “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədrinin fikrincə, yalnız kifayət qədər bal toplamaq, hansısa ixtisasa qəbul olmaq düzgün yanaşma deyil: “Belə olduqda abituriyentlər 4 il itirirlər. Sual verməlidirlər, nə üçün o universitetə gedirlər, hansı ixtisasla məşğul olmaq istəyirlər? Gənclər arzulamağı bacarmalıdırlar. Arzuları onların gələcək həyatlarında yalnız hansısa maddi…

Read More
Təhsil 

Naxçıvanda müəllimlər qarışılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub. Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarışılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək. Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər. Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında ilk…

Read More
Təhsil 

Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb – də Beynəlxalq Yer kürəsi günü münasibətilə bir sıra fəaliyyətlər həyata keçirilmişdir.

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb – də Beynəlxalq Yer kürəsi günü münasibətilə bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində məktəbdə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Read More
Təhsil 

Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq

Bakıda fəaliyyət göstərən 157 ümumi təhsil müəssisəsində I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq. Bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 3 may-3 iyun 2024-cü…

Read More