Təhsil 

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

10 yanvar saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Read More
Təhsil 

Ali məktəblərə qəbulun keçid balları enəcək? – VİDEO

Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir. Keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər. Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər. Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq…

Read More
Region Xəbərləri Təhsil 

Gimnaziyamızda keçirilən Yeni il şənliyi+Fotolar

Bu gün gimnaziyada siniflərdə 31Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir.Bayram tədbirində gimnaziyada təhsil alan 1-ci sinif şagirdləri maraqlı musiqi nömrələri nümayiş etdirmiş, şeirlər səsləndirmişlər.  Tədbir iştirakçıları süfrə arxasında onlar üçün hazırlanmış bədii-əyləncəli proqramı seyr etmişlər. Yeni iliniz mübarək əziz balalar.

Read More
Təhsil 

Məktəblərdə üçüncü növbə ləğv edilsinmi? – təhsildə keyfiyyət problemi

Ekspertlər hesab edirlər ki, bu problem işğaldan azad olunan ərazilərə qayıdışdan sonra həll oluna bilər…  Rusiyanın orta məktəblərində uşaqların üçüncü növbədə tədrisi tamamilə ləğv edilib. Musavat.com xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Sergey Kravtsov Dövlət Şurasının iclasında bildirib.  Qeyd edilir ki, son illər Rusiyada 1179 yeni məktəb tikilib. Kravtsovun sözlərinə görə, bu nəticə rekord göstəricidir. Həmçinin ölkədə 3,5 mindən çox məktəb əsaslı təmir olunub. “Məktəblərdə üçüncü növbə tamamilə ləğv edilib, rekord sayda – 1179 yeni məktəb açılıb. 3,5 mindən çox məktəb təmir olunub”, – Kravtsov bildirib. Daha əvvəl…

Read More
Region Xəbərləri Təhsil 

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəb – də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Məktəbimizdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiqə Məmmədova qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını, müəllim, şagird kollektivini və bütün Azərbaycan xalqını təbrik edib. Tədbir şagirdlərin təqdimatında şeir, mahnı, rəqs nümunələri ilə davam edib.

Read More
Təhsil 

Azərbaycanda bu məktəblər bağlanacaq

Bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov qeyd edib ki, şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur. “Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik”, – deyə o əlavə edib. Elm və təhsil naziri…

Read More
Region Xəbərləri Təhsil 

Bu gün 7 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.

Bu gün 7 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.Tədbirdə QRTİ Bərdə rayon üzrə Təhsil Sektorunun nümayəndələri Əliyev Elxan, Hüseynova Kifayət iştirak etdilər.Məktəbin direktoru Mustafayeva Mehparə qonaqları salamladı, hamıya xoş arzularını çatdırdı. Tədbirdə Şaxta baba əyləncəli oyunlarla şagirdlərin sevincinə rəng qatdı.İstedadlı şagirdlərimiz qalib Azərbaycanınızı tərənnüm edən nəğmələr,şeirlər və Yeni ilə ,bəzənmiş yolkaya həsr olunmuş mahnılarla məktəbli yoldaşlarının əyləncəsini daha da maraqlı etdilər.Tədbirin ərsəyə gəlməsində əməyi olan, iştirak edən və dinləyən hər kəsə təşəkkürümüzü bildirir, bayramlar münasibətilə ürəkdən təbrik edirik!

Read More
Region Xəbərləri Təhsil 

Şəhid Oruc Cəfərovun ailəsi ziyarət edilib+Fotolar

Gimnaziyanın 5 a sinif şagirdləri bu gün qarşıdan gələn “Yeni il” münasibətilə gimnaziyanın məzun şəhidi Oruc Cəfərovun evində olmuşlar. Oruc Cəfərov 1994-cü il fevralın 23-də Bərdə rayonunun Xanərəb kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşub. Oruc Cəfərov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş…

Read More
Region Xəbərləri Təhsil 

“İSTEDADLAR SORAĞINDA” ADLI MÜSABİQƏ+Fotolar

25 dekabr 2023-cü il tarixdə Şorəlli kənd tam orta məktəbdə məktəbin illik fəaliyyət planına uyğun olaraq xüsusi qabiliyyət tələb olunan(incəsənət, musiqi, idman və s) sahələrdə istedadı ilə fərqlənən şagirdlərin aşkar olunması və onların bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə “İstedadlar sorağında”adlı müsabiqə təşkil olunub.

Read More
Təhsil 

BŞTİ-də yeni təyinatlar, 50 NƏFƏR…

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. Qurumdan Musavat.com-a verilən məlumata görə, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışa qədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib. Qurumdan o da bildirilir ki, BŞTİ-nin tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 505…

Read More