Təhsil 

Nazir şöbə müdirini sədr təyin etdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Read More
Təhsil 

Nazir bu agentliyə yeni sədr təyin etdi – FOTO

Təhsil Nazirliyində növbəti kadr təyinatı olub. Manset.az-ın əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub. Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Bu barədə məlumat qurumdan saytımıza təsdiq edilib. Qeyd edək ki, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələ ki, təyinat yoxdur.

Read More
Təhsil 

Qarabağ Universitetində erməniəsilli müəllimlər çalışa bilərmi? – AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə Qarabağ Universitetində erməniəsilli müəllimlərin çalışması məsələsinə münasibət bildirib. Nazir Azərbaycanın hər zaman etnik milli dini kimliyindən asılı olmayaraq tolerant ölkə olduğunu söyləyib. E.Əmrullayev vurğulayıb ki, Azərbaycan təhsilində eyni yanaşma olub və olacaq.//Report

Read More
Təhsil 

Repetitorluqdan qurtulmağın yolu – deputatdan təklif, ekspertlər isə deyir ki…

“Repetitorluğun aktuallığını gündəmdən çıxarmaq ən böyük istəyimizdir”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Yenipress.az-a müsahibəsində Milli Məclisin Təhsil və Səhiyyə komitələrinin üzvü, deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, burada iki vacib nüans var: “Birincisi, biz təhsili asan qavranılan və gələcək üçün bütün aktuallığını özündə saxlayan sistem halına gətirməliyik. Yəni təhsil sistemimizdə repetitorluğa ehtiyac olmayacaq səviyyədə proqramları asanlaşdırıb, həm də indiki zaman üçün aktuallaşdırmalıyıq və qanunvericilik bunun üçün tam şərait yaradıb. İkinci, övladlarımızdan aşırı gözləntiləri bir qədər arxa plana keçirməliyik. Bizim ailələrdə şagirdin ali məktəbə qəbul olunması bir tələb…

Read More
Təhsil 

Məktəblilərin payız tətili başa çatır

Noyabrın 20-də ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür. “Report” xəbər verir ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Xatırladaq ki, payız tətili Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Read More
Təhsil 

Məktəbin uğuru direktordan başlayır – onları düzgün necə seçməli…

Deputat: “Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktorluq qazanır, daha sonra isə…” Məktəbdə təhsilin keyfiyyəti, sözsüz ki, onun rəhbərindən – direktorundan da asılıdır. Təşkilatçılıq bacarığı, savadlı və peşəkar pedaqoji kollektivin formalaşdırılması, əlbəttə ki, təhsil ocağı rəhbərinin üzərinə düşən ən mühüm missiyadır. Yüksək və nümunəvi əxlaqla bağlı tələb də öz yerində. Təəssüf ki, zaman-zaman məktəb direktorları ilə bağlı narazı fikirlər səslənir. Bəs görəsən, direktorların ən düzgün seçimi necə aparılmalıdır?  Ceyhun Məmmədov “Yeni Müsavat”ın məlumatına görə, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun…

Read More
Təhsil 

Direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi noyabrın 17-si, 18-i və 20-də keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərin qeydiyyatdan keçdikləri əlaqə telefonlarına imtahanın keçirilmə saatı və məkanı haqqında məlumat SMS vasitəsi ilə göndəriləcək. İmtahanda namizədlərə 100 ballıq 40 sual (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə…

Read More
Cəmiyyət Təhsil 

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. Elm və Təhsil Nazirliyindən Musavat.com-a bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” – deyə, nazirlik qeyd edib.

Read More
Region Xəbərləri Təhsil 

8 noyabr – Zəfər günü və 9 noyabr – Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd olunub+Fotolar

07.11.2023-cü il tarixdə A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Zəfər günü” və “Dövlət bayrağı günü” ilə əlaqədar tədbir keçirilib.Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərin əllərində bayramla əlaqədar olaraq çəkilmiş şəkillər, bayraqlar və şəhidlərimizin şəkilləri olub. Şagirdlər Zəfər Günü və Dövlət Bayrağı Gününü əks etdirən şeirlər söyləyiblər. Çıxışları zamanı şagirdlər ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin kəlamlarından sitat gətirərək tədbiri daha da təsirli ediblər. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Read More