On üçüncü günün duası – İmsak və iftar vaxtı
Sabah Ramazan ayının on üçüncü günüdür. ARANTV.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dədir. İmsak duası: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!” Allah orucunuzu qəbul eləsin!
Read More