Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb
Təhlükəsizlik vasitələri olmadan təhlükəli hərəkətləri ilə tanınan yəmənli alpinist Əntar əl-Absi Damt vulkanının qaynayan kraterinə yıxılıb.
Bu barədə Yəmən Mülki Müdafiə Xidmətinə istinadla Yemen Online məlumat yayıb.
Hadisə Hörümçək Adam ləqəbi ilə tanınan Əntar əl-Absinin dırmanmasını lentə alan tamaşaçıların gözü qarşısında baş verib.
Xilasedicilər alpinistin yoxa çıxmasından dərhal sonra axtarış əməliyyatına başlayıblar. Onun cəsədi yatmış vulkanın içərisindəki isti, kükürdlü sularda tapılıb.

