Sabah Ramazan ayı başlayır
Sabah Azərbaycanda Ramazan ayı başlayır. ARANTV.AZ xəbər verir ki, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək. Ramazan təqviminə əsasən, aprelin 2-də Bakıda imsak saat 04:56-də, iftar isə saat 19:19-dadır. Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-da olacaq. İkinci qədr gecəsi aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində…
Read More