İSLAM Ramazan 

Azərbaycanda Ramazan bayramının tarixi açıqlanıb

Azərbaycanda Ramazan bayramının qeyd olunacağı günlər açıqlanıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasında deyilir. Fətvada qeyd olunur: “Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində…

Read More
Ramazan 

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

“Bayram axşamı ayın çıxdığı məlum olan kimi – axşam azanından (bu gün – ölkə.az) sonra fitrə zəkatı ayrılır və yaxşı olar ki, bayram günü saat 8.00 – 9.00-a qədər çatdırılsın. İmkan olmazsa, günorta namazına qədər, o da olmazsa, axşama qədər fitrə zəkatı çıxarılmalıdır”. ARANTV.AZ-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi nümayəndəsi, “Məşədi Dadaş” məscdinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Din xadimi bildirib ki, fitrə zəkatı nə qədər tez çıxarılarsa, bir o qədər yaxşıdır: “Çünki bu, bayram süfrəsi üçündür. Ona görə də, aztəminatlı ailələrə vaxtında çatdırılsa yaxşı olar”. İlahiyyatçı fitrə…

Read More
Ramazan 

Bu gün Ramazan ayının sonuncu günüdür

Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür. ARANTV.AZ  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

Read More
Ramazan 

Ramazan ayının 29-cu gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 29-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 12-də imsak vaxtı saat 03:43-də, iftar vaxtı isə 20:02-dədir. Mayın 12-i üçün namaz vaxtları: Sübh azanı 03:53 Zöhr azanı 12:37 Əsr azanı 17:39 Məğrib azanı 20:02 İşa azanı 21:15 29-cu günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!” Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu…

Read More
İSLAM Ramazan 

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik mətnində deyilir: “Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının əziz günü – Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha…

Read More
İSLAM Ramazan 

Şeyx: “Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur”

“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. “Qazılar Şurasının fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, – A.Paşazadə vurğulayıb.

Read More
Ramazan 

Ramazan ayının 28-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları: Sübh azanı 03:54 Zöhr azanı 12:37 Əsr azanı 17:38 Məğrib azanı 20:01 İşa azanı 21:14 28-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!” Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr…

Read More
Ramazan 

Ramazan ayının 27-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da imsak vaxtı saat 03:46-da, iftar vaxtı isə 20:00-dadır. Mayın 10-u üçün namaz vaxtları: Sübh azanı 03:56 Zöhr azanı 12:37 Əsr azanı 17:38 Məğrib azanı 20:00 İşa azanı 21:12 27-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!” Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı…

Read More