Ramazan 

İftarla imsak arasında nə qədər su içmək lazımdır?

Türkiyəli dietoloq Hilal Mutlu iftarla sahur və çay arasında 2-2,5 litr su içməyi şiddətlə tövsiyə edib. ARANTV.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis oruc tutan şəxslər üçün faydalı məsləhətlər verib: “17 saat ac qalan bədən iftarda həm fiziki, həm də mənəvi aclığı öldürmək istəyir. Adi halda bədənin nə qədər qida dəyərinə ehtiyacı varsa, Ramazan ayında da eynidir. 1 stəkan su və 1-2 xurma ilə orucu açdıqdan sonra şorba için və 10-15 dəqiqə fasilə verin. Dovğa və ya soyuq şorbalar gün ərzində ac qalan bədənin ehtiyaclarını ödəmək üçün xeyirdir. Əsas…

Read More
Ramazan 

Ramazan ayinda nə baş vermişdir? (Birinci hissə)

1 ramazan İmam Həsənin (ə) nəslindən olan Seyyidə Nəfisə vəfat etmişdir (hicri 208 – miladi 824). O, 30 dəfə piyada həccə getmiş, bütün sərvətini kasıblara paylamışdı. Əri ilə (İmam Sadiqin (ə) oğlu İshaqla) birlikdə Misrə köçmüş və orada vəfat edib dəfn olunmuşdu. Şafii məzhəbinin banisi Şafii onun yanına dərsə gəlir və ondan hədis rəvayət edirdi. Seyyidə Nəfisə öz evində özünə qəbir qazmışdı, hər gün qəbrin içində Quran oxuyur, namaz qılırdı. Həyatı boyunca bu qəbrin içində 6 min dəfə Quran xətm etmişdi. Məşhur müsəlman filosofu və təbib, “Şeyxür-rəis” (rəhbər şeyx) ləqəbli…

Read More
Ramazan 

Ramazan ayını oruc tutmaq və bu ayda ibadət etməyin fəziləti (savabı)

Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun. Bu, ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da olsa kiçik bir tövsiyədir. Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Ramazanın…

Read More
Ramazan 

Ramazanda diyetini davam etdirmək istəyənlər üçün məsləhətlər

Ramazan ayında oruc tutmaq hər müsəlmanın ən ümdə istəklərindəndir. Ancaq bütün günü ac qalıb kalorinin ən çox bədənə yığıldığı bir vaxtda – axşam bu aclığı yatırtmaq və əsasən güclü qidalar qəbul etmək artıq çəkini də qazanmaq deməkdir. Bərəkətli və zəngin iftar süfrələrinin gözəlliyinə qarşı gəlmək diyet saxlayanlar üçün daha da çətindir. Ancaq artıq çəki problemi olanlar və diyetini Ramazanda da pozmaq istəməyənlər üçün çıxış yolu var. Qidalanma və diyet mütəxəssisi Elif Karacanoğlu buna necə qarşı gəlinə biləcəyi və necə artıq çəki toplamamağın yolları barədə danışıb. Beləliklə… – Ramazanda diyetinizi pozmaq…

Read More
Ramazan 

Xroniki xəstəliyi olanlara Ramazan xəbərdarlığı

Son illər Ramazan ayının yaz, yay aylarına təsadüf etməsi oruc saatlarının bir az uzun olmasına səbəb olur. Bu müddətin sağlam bədən üçün faydaları olsa da, bəzi xroniki xəstəlikləri olanlara çətinlik yarada bilir. Bəs Ramazan ayında bu xəstələr nə etməlidir? Türkiyənin Medipol Meqa Universiteti xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Bilal Boztosun bu məqama aydınlıq gətirib. ARANTV.AZ  B.Boztosunun xroniki xəstəlikləri olanlara Ramazanla bağlı tövsiyələrini təqdim edir. Oruc tutmaq sağlamlıq üçün çox faydalıdır və bu barədə yüzlərlə məqalə dərc edilib. Lakin xroniki xəstəlikləri olanlar və mütəmadi dərman qəbul edənlər Ramazandan əvvəl mütləq həkimləri ilə…

Read More
Ramazan 

Oruclu halda öpüşmək olarmı? – İlahiyyatçı alimdən vacib AÇIQLAMA

Ramazan ayı ərəfəsində orucu batil edən məqamlar barədə insanların ən çox maraqlandığı suallardan biri də öpüşlə bağlıdır. İstənilən bir şəxsi öpmək və ya öpüşmək orucu batil edirmi? Türkiyəli ilahiyyatçı alim Nihat Hatipoğlu mövzu ilə bağlı suallara cavablandırıb. ARANTV.AZ  professorun açıqlamasını təqdim edir: – Hansı halda öpüşmək orucu pozur? – Həyat yoldaşınızın yanağından öpmək, əzizləmək, qucaqlaşmaq  olar. Bunlar ən təbii hisslərdir. Heç bir problemi yoxdur. Hz.Peyğəmbərin də buna icazə verdiyini bilirik. Ən vacibi isə əndazəni aşmamaqdır. Orucu nələr pozmur? 1. Oruclu olduğunu unudaraq yeyib, içmək 2. Qeyri-ixtiyari mədədən ağıza su gəlməsi…

Read More
Ramazan 

Orucun psixoloji təsirləri

Yay aylarında tutulan oruc fiziki yorğunluqla yanaşı psixologiyamız üzərindəki təsirləri ilə də diqqət çəkir. Yay mövsümü bir çox insanın səbirsizliklə gözlədiyi və motivasiya olduğu dövrdür. Ancaq oruc tutulan iyun ayının isti günlərində ac-susuz qalmaq və bürkülü havaların da təsiri insanda tərləmə yolu ilə yaranan su itkisi, gərginlik və dözümsüzlüyü də artıra bilir. Emsey Hospitalın psixiatriya üzrə mütəxəssisi Orhan Karacanın fikrincə, bu mənfi təsirləri aradan qaldırmaq mümkündür. Yay aylarında orucun səbəb olduğu əsəbi ruh halını aradan qaldırmaq üçün nə etmək lazımdır? Yay aylarında orucun səbəb olduğu bu halın qarşısını almaq üçün…

Read More
Ramazan 

İftarda bunları ƏSLA ETMƏYİN! – 7 VACİB TÖVSİYƏ

Sağlam qidalanma üzrə türkiyəli mütəxəssislər vətəndaşları Ramazan ayında düzgün qidalanma barədə xəbərdarlıq edib. ARANTV.AZ  “Milliyet”ə istinadən xəbər verir ki, ekspertlər iftarda xəmir yeməklərini çox isti halda yeməməyi və orucu buz kimi su ilə açmamağı məsləhət görüb. Çörəyi və xəmir yeməklərini çox isti yeməyin Ekspertlərə görə, çörəyi isti yemək qida borusu və ağzı qıcıqlandırır, həmçinin mədə pozğunluğuna səbəb olur. Bağırsaq hərəkətlərini yavaşladır və nəticədə qəbizliyə səbəb olur. Odur ki, çörəyi mümkün qədər az və çox isti halda yeməməyə çalışın. Sürətlə yeməyin, şorba və çayı qaynar içməyin Orucu açanda bir çox şəxs…

Read More
Ramazan 

Allah bəyəndiyi orucun 3 xüsusiyyəti

Oruc tutmaq – ac və susuz qalmaqla kifayətlənməz. Başqa şəraitləri də vardır ki, insanın məsuliyyətlərini artırar. Hədisdə oxuyuruq ki, dörd nəfərin orucu qəbul olmaz. İmam Sadiq (ə) buyurur: “Öz İmam və rəhbərinə itaətszilik edən və ona itaət etməyən oruc tutanın orucu düzgün deyildir. Qaçmış bəndənin orucu, geri qayıtmayana qədər düzgün deyildir. Ərinə itaətsizlik edən qadının tövbə edənə və ərinin ixtiyarında olana qədər orucu düzgün olmaz. Həmçinin ağvaldieyn olmuş övladın orucu o zamana qədər ki, islah olmaz, qəbul olunmaz və oruc hesab olunmaz”. İnsan mədə orucu tutduğu kimi, bütün bədən üzvlərinin…

Read More