Cəmiyyət 

Əjdərbəy məscidində bayram namazı qılındı

Bakıda Əjdərbəy məscidində Ramazan bayramı namazı qılınıb.

Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Qeyd edək ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.//Report

Daha çox xəbərlər