Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Türk dünyasının ortaq ruh bayramı: Novruzun rəngarəng adətləri

By Vüsal Rafiqoğlu
20.03.2026 4 Min Read

Novruz bayramı yalnız Azərbaycanda deyil, ümumilikdə türk dünyasının ortaq mədəni yaddaşını, qədim inanclarını və həyat fəlsəfəsini yaşadan ən böyük bayramlardan biridir. Bu bayram əsrlər boyu formalaşaraq müxtəlif türk xalqlarında həm oxşar, həm də özünəməxsus çalarlarla qeyd olunub, hər bir xalqın dünyagörüşünü, həyat tərzini və təbiətə münasibətini özündə əks etdirib.

Musavat.com olaraq türk dünyasının müxtəlif bölgələrində Novruzun necə qeyd edildiyini daha geniş və əhatəli şəkildə təqdim edirik:

Qırğızıstanda Novruz – odun təmizləyici gücü və beşbarmaq ənənəsi

Qırğızıstanda Novruz bayramı ilə bağlı keçirilən tədbirlər ləğv olundu

Qırğızıstanda Novruz xüsusi mərasimlərlə qeyd olunur. Bayram süfrəsinin əsas yeməyi isə məşhur “beşbarmaq”dır. Bu yemək əsasən quzu ətindən və makarona bənzər un məmulatından hazırlanır. Onun “beşbarmaq” adlandırılması təsadüfi deyil. Yemək ənənəvi olaraq əllə, yəni beş barmaqla yeyilir ki, bu da qədim köçəri həyat tərzinin izlərini yaşadır.

Azərbaycandan fərqli olaraq burada tonqal qalamaq ənənəsi geniş yayılmayıb. Lakin bunun əvəzinə od vasitəsilə təmizlənmə mərasimi həyata keçirilir. Qırğızlar həyətlərini və evlərini alovla “paklayır”, bu zaman “Alas-alas, hər bəladan xilas” deyərək pis ruhları qovduqlarına inanırlar. Bu adətin kökləri qədim türk şaman inanclarına gedib çıxır.

Qırğızlar mart ayını da Novruz adlandırır və bu gün doğulan uşaqlara xüsusi adlar verirlər: oğlanlara Novruzbay, qızlara isə Novruz və ya Novruzgül. Əgər bayram günü qar yağarsa, bu, xoş əlamət sayılır və hətta qırğız folklorunda qız gözəlliyi Novruz qarı ilə müqayisə edilir.

Bayram günlərində insanlar evlərini təmizləyir, yeni paltarlar geyinir, küsülülər barışır. Paytaxt Bişkekdə, xüsusilə “Alatoo” meydanında və digər bölgələrdə böyük şənliklər təşkil olunur. At yarışları, milli oyunlar keçirilir, insanlar bir araya gələrək plov süfrəsi ətrafında toplaşırlar.

Türkmənistanda Novruz – birlik və səməni mərasimi

Turk Dunyasi Novruzu bele qeyd edir - FOTOLAR

Türkmənistan ərazisində Novruza hazırlıq bayramdan bir neçə gün əvvəl başlayır. Evlər təmizlənir, süfrələr üçün xüsusi yeməklər hazırlanır. Türkmən plovu, milli çörəklər və müxtəlif şirniyyatlar bayram süfrəsinin ayrılmaz hissəsidir.
Burada Novruzun ən mühüm rəmzlərindən biri səmənidir. Bir neçə ailə bir araya gələrək böyük qazanda buğda, un və şəkərdən səməni bişirir. Bu proses həm də kollektiv birlik, paylaşma və bərəkət simvolu kimi qəbul edilir. Bayramdan bir gün əvvəl hazırlanan səməni 21 mart günü süfrələrin baş tacına çevrilir.

Qazaxıstanda Naurız – 7 rəqəminin sirri və akınların deyişməsi

Qazaxıstanda Novruz bayramı geniş qeyd edilir - AZƏRTAC

Qazaxıstan ərazisində Novruz “Naurız” adı ilə tanınır. Bu söz “yazın doğulması” mənasını verir. Bayramın digər adları “Ulus küni” (ilin ilk günü) və “Ulıstın ulı küni” (xalqın böyük günü) onun nə qədər mühüm olduğunu göstərir.

Qazax süfrəsinin əsas yeməyi “naurız-koje”dir. Bu yeməyin tərkibində 7 inqrediyent olur: ət, su, duz, yağ, un, taxıl və süd. Bu yeddi komponent həyatın əsas dəyərlərini – bolluq, sağlamlıq, müdriklik, uğur və ilahi qorunmanı simvolizə edir. Bayramda hər kəs 7 evə qonaq getməli, öz evinə isə 7 nəfəri dəvət etməlidir.

Qazaxlar bir-birini “Köktem tudı”, yəni “yaz doğdu” sözləri ilə təbrik edir. Axşam saatlarında isə akınlar dombra alətinin müşayiəti ilə deyişmələr – “altıs” təşkil edir. Bu söz duelləri bəzən səhərə qədər davam edir və daha çox xeyri, yaxşılığı tərənnüm edən qalib sayılır.

Qazaxıstanda da tonqal üzərindən atlanmaq ənənəsi qorunub saxlanılıb ki, bu da ortaq türk mədəniyyətinin bariz nümunəsidir.

Özbəkistanda Novruz – şənliklər, sumalak və qədim oyunlar

Özbəkistan ərazisində Novruz olduqca təmtəraqlı şəkildə qeyd olunur. Xüsusilə Səmərqənd, Buxara və Əndican kimi qədim şəhərlərdə bayram şənlikləri bir həftəyə qədər davam edir.

Özbək mətbəxinin incilərindən sayılan plov, samsa və sumalak bu bayramın əsas yeməkləridir. Süfrədə adətən “s” hərfi ilə başlayan yeddi nemət – sünbül, səbzi, sirkə, iydə və digərləri düzülür ki, bu da bolluq və yenilənməni simvolizə edir.
Ən maraqlı adətlərdən biri isə bayram günü danışmazdan əvvəl üç qaşıq bal yeməkdir. Bu, ilin şirin keçməsi arzusu ilə bağlıdır. Kənd yerlərində yaşlılar öküzlərin buynuzlarını yağlayır ki, yeni il bərəkətli olsun.

Burada həmçinin buzkaşi (kupkari) adlı qədim oyun keçirilir. Atlı igidlər bir-birilə mübarizə apararaq qoyun və ya keçi uğrunda yarışırlar. Bu, həm gücün, həm də çevikliyin simvoludur.

Türkiyədə Sultan Novruz – qədim adətlərin yaşadığı məkan

Türkiyədə Novruz necə qeyd olunur?

Türkiyə ərazisinin xüsusilə Cənub-Şərqi Anadolu bölgəsində, o cümlədən Qaziantep və ətrafında 22 mart “Sultan Novruz” kimi qeyd olunur. Burada, eləcə də Qars bölgəsində Azərbaycanda olduğu kimi qapı pusma, “baca-baca” kimi qədim adətlər bu günə qədər qorunub saxlanılıb. Bu da göstərir ki, türk xalqları arasında mədəni bağlar hələ də canlıdır.

Altay türklərində Cılgayak – təbiətin oyanışı

Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı » NUH informasiya agentliyi

Altay türkləri Novruzu “Cılgayak” adı ilə qeyd edirlər. Bu bayram baharın gəlişi və təbiətin yenidən canlanmasının simvoludur. Süfrələrdə bal qatılmış qatıq, qurudulmuş və dondurulmuş ət məhsulları, eləcə də heyvan mənşəli digər yeməklər təqdim olunur. Bu, onların təbii mühitə uyğun həyat tərzindən qaynaqlanır.

Yakutiyada Isıah – Tanrıya şükranlıq mərasimi

image002

Yakutiya ərazisində yaşayan Saxa türkləri yazın gəlişini “Isıah” bayramı ilə qeyd edirlər. Bu bayram Tanrıya şükranlıq mərasimi kimi qəbul olunur.

Bayramdan xeyli əvvəl mərasim sahəsinə ağaclar əkilir. Şamanlar yerə qımız səpərək dualar edir, bununla keçmiş ilin pisliklərinin qovulduğuna inanılır. Gənclər isə ürəklərində arzu tutaraq ağaclara parça bağlayır – bu, arzuların həyata keçməsi inancının simvoludur.

Beləliklə, Novruz bayramı türk xalqlarının ortaq yaddaşı, təbiətə bağlılığı, yenilənmə arzusu və birlik fəlsəfəsinin canlı təcəssümüdür. Hər bir xalq bu bayramı öz ruhuna uyğun şəkildə yaşatsa da, onların hamısını birləşdirən əsas ideya eynidir: yeni başlanğıc, bərəkət, barış və ümid.

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin sosial media hesablarında Ramazan bayramı münasibətilə PAYLAŞIM – FOTO

Next

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv