33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı
33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı verilir. Musavat.com xəbər verir ki, bu gün azad Kəlbəcər səmasında Ramazanın sübh azanı yüksəlir. Sükutu yararaq, dağlara çırpılıb geri dönən o müqəddəs səs təkcə namaza çağırış deyil. O, torpağın yaddaşına qayıdan nəfəsdir. O, illərlə susdurulmuş minarələrin dirçəlişidir. Bu azan nəyi ifadə edir? Bu azan – qayıdışın səsidir. Bu azan – torpağın sahibinə qovuşmasının xəbəridir. Bu azan – dağların, çayların, çəmənlərin “xoş gəldiniz” pıçıltısıdır. Ramazan ayının sübh çağında oxunan azan ümidin ən saf anında ucalır. Gecə ilə gündüzün sərhədində, qaranlıqdan işığa keçid məqamında… Elə…
Read More