Əhalinin NƏZƏRİNƏ: 17, 18 və 19 iyun tarixlərində nə baş verəcək?
Yerdə bu gün maqnit qasırğasının baş verəcəyi gözlənilmir.
Musavat.com xəbər verir ki, bu barədə proqnozu Britaniya Geoloji Xidməti yayıb.
Daha əvvəl proqnozlaşdırılan tac kütləsinin atılması nəticəsində baş verə biləcək toxunma zərbəsi qeydə alınmayıb.
Hazırda günəş küləyinin parametrləri fon səviyyəsinə yaxınlaşır. Məlumata görə, bu gün zəif və yüksək sürətli axın planetimizə çata bilər, lakin bu, geomaqnit aktivliyinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olmayacaq.
Alimlərin hesabatında, “17, 18 və 19 iyun tarixlərində şəraitin əsasən sabit və sakit qalacağı gözlənilir”, – deyə bildirilir.
Digər tərəfdən, elm adamları ilk dəfə olaraq güclü günəş partlayışının əlamətlərini onun başlamasından bir neçə saat əvvəl aşkar etməyi bacarıblar.
Tədqiqatlar göstərib ki, 2024-cü ilin oktyabrında baş verən X9 sinifli partlayışdan əvvəl Günəş atmosferində plazmanın parlaqlığı, hərəkət sürəti və turbulentlik səviyyəsi tədricən artıb.
Partlayışa 15–20 dəqiqə qalmış aktivlik kəskin şəkildə güclənib, turbulentlik pik həddə çatıb və plazma atılması başlayıb.
Tədqiqatçıların fikrincə, bu cür dəyişikliklər yaxınlaşan günəş püskürməsinin erkən xəbərçisi rolunu oynaya bilər. Hələlik bu nəticələr yalnız bir hadisəyə əsaslansa da, gələcəkdə kosmik hava və geomaqnit qasırğalarının proqnozlaşdırılmasını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə kömək edəcək.

