Sosial 

Bu il 70 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 70 uşaq övladlığa verilib. Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 34-ü qız, 36-sı oğlandır. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir. Həmçinin…

Read More
Sosial 

Cəmiyyətin “şortik” problemi… varmı?

Bir neçə gün qabaq İçərişəhərdə baş verən qalmaqallı insidentin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda şortik geyinən gənc oğlanla orta yaşlı kişi arasında gərgin mübahisə yaşandığı görünür. İddialara əsasən, yaşlı kişi gənci geyiminə görə təhqir edib və ona sərt şəkildə irad bildirib. Hətta görüntülərdə kişinin “Səni bir də bu məhlədə görməyim!” dediyi eşidilir. Hadisə qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox istifadəçi baş verənləri şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirib, digərləri isə yaşlı kişinin davranışını sərt tənqid edib. Qalmaqallı görüntülərə tanınmış simalar da münasibət bildiriblər.…

Read More
Sosial 

Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirilibFOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə, Zəngilanda isə işəgötürənlərlə növbəti səyyar görüşlər keçirilib. Musavat.com xəbər verir ki, sakinlərlə görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s. barədə ətraflı məlumat verilib. Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb. İşəgötürənlərlə keçirilmiş…

Read More
Sosial 

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib. Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 7915 nəfəri işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul şəxslərdir. Həmçinin, 880 nəfər nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını qurublar. Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin Nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı…

Read More
Sosial 

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar. Bəs bunun əsas səbəbləri nələrdir? Musavat.com bildirir ki mövzu ilə bağlı konkret.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, inkişaf etmiş ölkələrdə insanların pensiyaya çıxmağa üstünlük verməsinin əsas səbəblərindən biri pensiya fondlarında topladıqları vəsaitdən istifadə ilə bağlı daha geniş seçim imkanlarına malik olmalarıdır. Onun sözlərinə görə, həmin ölkələrdə vətəndaşların pensiya təminatı minimum yaşayış səviyyəsini qarşıladığı üçün insanlar…

Read More
Sosial 

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər? Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, dünyanın bir çox ölkələrində sosial-demoqrafik siyasət, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması milli strategiyanın mühüm hissəsi hesab olunur və milli təhlükəsizlik məsələsi kimi diqqət mərkəzində saxlanılır: “İnkişaf etmiş ölkələrin əksəriyyətində əhali artım…

Read More
Sosial 

Bu il ölkədə neçə kişi qadının soyadını qəbul edib?

2026-cı ilin cari dövrü ərzində adını, soyadını və ata adını dəyişdirənlərin sayı açıqlanıb. Publika.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin cari dövrü ərzində 558 nəfər soyadını, adını və ata adını dəyişib. Səbəb kimi adətən vətəndaşların öz istəyi, nikahdan əvvəlki soyada qayıtmaq arzusu, ər (arvadın) ümumi soyadı daşımaq arzusu, ərizə verəni tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu və digər səbəblər göstərilir. Həmçinin 2026-cı il ərzində 5 kişi nikaha daxil olarkən qadının soyadını qəbul edib.

Read More
Sosial 

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Son günlər sosial şəbəkələrdə bank kartları ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Paylaşımlarda iddia edilir ki, artıq mağaza və xidmət obyektlərində bank kartı ilə edilən ödənişlər zamanı vətəndaşların hesabından əlavə faiz tutulacaq. Bu iddialar bir çox insanda narahatlıq yaradıb, bəzi vətəndaşlar gündəlik alış-veriş zamanı əlavə xərc ilə üzləşəcəklərini düşünməyə başlayıblar. Bəs həqiqətənmi kartla ödəniş edən şəxslər bundan sonra əlavə ödəniş etməli olacaqlar? Məsələyə aydınlıq gətirməsi üçün müraciət edtdiyimiz iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli Publika.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan məlumatların həqiqət payı yoxdur və vətəndaşların kartla alış-veriş zamanı hesablarından…

Read More
Sosial 

18 yaşlı yataq xəstəsinin pensiyası verilmir: “5 aydır bank kartını ala bilmirik”

Cəlilabad rayon sakini birinci qrup əlilliyi olan oğlunun əlillik pensiyasını ala bilmədiyini deyir. Bu barədə Musavat.com-a müraciət edən rayon sakini Dünyamalı Abdullayev bildirib ki, serebral iflic xəstəsi olan oğlu Afiq Abdullayev 18 yaşı tamam olduqdan sonra yaranan hüquqi prosedurlar səbəbindən 5 aydır pensiya kartını əldə edə bilmir. Valideynin sözlərinə görə, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir və sağlamlığının 90 faizini itirib: “Övladım ömürlük serebral iflic xəstəsidir. Oğlumun 18 yaşı tamam olub. İmza ata bilmədiyi üçün bankdan əlillik pensiyası üçün nəzərdə tutulan kartı ala bilmirik. O, nə yeriyə, nə otura, nə də…

Read More
Sosial 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Musavat.com xəbər verir ki, sosial dövlət olan Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində də fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, inkişafına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə bir çox kateqoriyalardan olan uşaqlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə sosial ödənişlər həyata keçirilir. Onların sırasına əlilliyi olan uşaqlar, ailə başçısını…

Read More