Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir – FOTOLAR
İyunun 16-da Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfərə gedib.
Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.


