Sosial 

Xanımını işləməyə qoymayan kişilərə cəza təklifi etiraz doğurdu

Deputatın təklifini ağlabatan saymayan ekspertlər çıxış yolu göstərdilər “Həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər”. Bunu deputat Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir: “Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermir. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əmək haqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”. Bəs qanun, konstitusiya nə deyir? Hər halda, qadın işləmədiyi, uşaqlara baxdığı…

Read More
Sosial 

Ölkədə boşanma ilə bağlı təhlükəli rəqəm – qlobal trend, yoxsa…

Üzeyir Şəfiyev: “Boşanmaların artımı cəmiyyətin düşüncə tərzindəki dəyişikliklə bağlıdır” Azərbaycanda boşanma ilə bağlı son statistika cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Rəqəmlər nikah institutu ətrafında yaranan problemlərin düşündüyümüzdən daha ciddi olduğunu göstərir. Rəsmi statistikaya görə, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklərin sayı isə 7735-dir. Göründüyü kimi, boşanma yalnız gənc ailələrin problemi deyil – uzun illər birgə yaşayan cütlüklər arasında da ayrılıqların artması narahatedici tendensiyadır. Mövzu ilə bağlı Qaynarinfo-ya danışan sosioloq Asif Bayramov bu vəziyyəti ailə…

Read More
Sosial 

Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?

“Bir vaxtlar qadınlarımızın qucağında körpə uşaq görərdiksə, bu gün it, pişik, hətta meymun görürük. Hətta bəzi qadınlar iri marketlərdə alış-verişdə səbətlərində uşaq əvəzinə it aparırlar. Bütün bunlar Qərbin Strateji Beyin Mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir”. Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayının 7735 olması ilə bağlı statistikadan danışarkən deyib. O bildirib ki, əgər ailə institutu dağılırsa, onu qoruyan subyektlər, yəni ər-arvad, eləcə də ailənin digər üzvlər onun dağılmasından…

Read More
Sosial 

Vəfat etmiş şəxsin pensiyasını ailəsi nə vaxt ala biləcək?

Ölkədə 1.3 milyon nəfərdən çox əmək qabiliyyətli insanın harada işlədiyi rəsmi statistikada əksini tapmır – iqtisadçıdan fərqli rəy 2025-ci ilin yanvar ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 158 260 nəfər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata əsasən, onların 33,3 faizini kişilər, 66,7 faizini isə qadınlar təşkil edib. Bir il əvvəl isə yaşa görə müavinət alanların sayı 145 min nəfər civarındaydı. Nazirliyin digər məlumatına əsasən, 2024-cü ilin yanvar ayında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub. Onların 42,1 faizini kişilər, 57,9 faizini…

Read More
Sosial 

Pensiya alanlara ŞAD XƏBƏR – Sabah…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub. ARANTV.AZ  xəbər verir ki, bu barədə fond məlumat yayıb. “Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq”,- məlumatda qeyd olunub.

Read More
Sosial 

DSMF pensiyalarla bağlı mühüm məlumat yaydı

Ötən ay Azərbaycanda sosial yardımlar üçün əhaliyə 744 milyon manat ödənilib. Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 69 milyon manat və ya 10,21% çox olmaqla 744 milyon manat vəsait ödənilib.

Read More
Sosial 

Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər? – VİDEO

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır. Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur? ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilər. Ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər. Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı…

Read More
Sosial 

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib. Reinteqrasiya tədbirləri də davam etdirilib və 21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.

Read More
Sosial 

Qadınların maaşı kişilərdən niyə azdır? – ayrı-seçkilik, yoxsa…

Bu fərqin səbəblərini anlamaq üçün müxtəlif yanaşmalar mövcuddur – ekspert rəyi Azərbaycanda qadın və kişi əməkhaqqı arasındakı fərq hələ də mövcud olan əhəmiyyətli sosial məsələlərdən biridir. Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların orta aylıq əməkhaqqı 735 manat, kişilərin isə 1 069 manat olub. Bu, kişilərin qadınlardan 31 faiz daha çox maaş aldıqlarını göstərir. Hətta bəzi sahələrdə bu fərq daha da böyükdür; məsələn, peşə, elm və texniki fəaliyyət sahələrində qadınların maaşı kişilərə nisbətən iki dəfə azdır. Ən az fərq isə təhsil sahəsindədir, burada kişilər qadınlardan 14 faiz daha çox maaş…

Read More