Bu ərazilərdə gediş-gəliş qadağandır – RƏSMİ AÇIQLAMA

“Narıncı zolaqlara, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gediş-gəliş qadağası qüvvədə qalır”. ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, sarı və narıncı zolaq daxilində gediş-gəliş qərarı qüvvədə qalır.Oxu.Az

Daha çox ..

Epidemioloji vəziyyət tələb edərsə, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunmalıdır

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində bütün dünya önəmli bir mərhələni arxada qoymaqdadır. İlk dəfə olaraq bütün dünya ümumbəşəri bir bəlaya qarşı möhtəşəm həmrəylik nümayiş etdirdi. Bu, dünyanın gələcək taleyi ilə bağlı çox vacib sınaq idi. Azərbaycan da bu sınaqdan ləyaqətlə çıxdı. Ölkə başçısı İlham Əliyevin dövlətin və xalqın sağlamlığı, bu bəladan minimum itki ilə çıxması…

Daha çox ..

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. ARANTV.AZ-ın məlumatına görə, brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edir. Konfransda ölkədə elan edilən xüsusi karantin rejiminin yenidən yumşaldılması, eləcə də, koronavirusla bağlı son vəziyyət açıqlanır. Oxu.Az

Daha çox ..

AQTA: Dabaq xəstəliyi ilə bağlı nələri bilməliyik?

Dabaq xəstəliyi cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagioz virus xəstəliyidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, bu xəstəliyin əlamətləri yemdən imtina, gövşəmənin pozulması və ya tam dayanması, ağızdan selik axmasının çoxalması, yüksək hərarət, dırnaq və yelində yaraların əmələ gəlməsi, ağızda, dodaqlarda, burun ətrafında qabarcıqların yaranması, tənəffüs və həzm yollarının selikli qişasının…

Daha çox ..

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir. ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya…

Daha çox ..

Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldılır

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya…

Daha çox ..

Azərbaycan vətəndaşları bu hərəkətə görə cinayət məsuliyyətindən azad edildi

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, 10-cu maddəsinin…

Daha çox ..

“Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir”

“Koronavirus pandemiyası bütün ölkələr və cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və humanitar baxımdan ciddi sınaq oldu. Təəssüf ki, pandemiya ən inkişaf etmiş ölkələrdə belə gündə yüzlərlə insanın həyatına son qoyur. Qabaqlayıcı və təsirli tədbirlər görülən ölkələrdə pandemiyanın ağır fəsadlarını önləmək mümkün olsa da, hələ də bir sıra ölkələr ağır vəziyyətdən çıxa bilməyib. Xüsusilə qeyd etmək…

Daha çox ..

Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiq edilib. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən…

Daha çox ..