Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var

Bu gün Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var. ARANTV.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib. Onun sözlərinə görə, bu rəqəm getdikcə artacaq: “Əhalimiz işləməyə meyillidir. İşləyən pensiyaçıların qanunvericiliklə nəzərdə tutulan 6 illik stajından sonra hər il topladıqları kapital yenidən hesablanır və…

Daha çox ..

Xoşbəxt dövlətlər sırasında 101-ci yerimiz

Ekspertlərin fikrincə, hesabat qərəzlidir, çünki… ABŞ Kolumbiya Universitetinin “Yer İnstitutu” (Earth İnstitute) və “Davamlı İnkişaf Mərkəzi” (Center for Sustainable Development) tədqiqat mərkəzləri xoşbəxtliyin səviyyəsinə görə dünya ölkələrinin reytinqini hesablayıb. Son araşdırmanın nəticələrinə dair məlumatlar 2024-cü ilin martında dərc edilib. Bir neçə meyardan ibarət ümumi indeks üzrə Azərbaycan 143 ölkə arasında 101-ci yeri tutub. “Turan” yazır…

Daha çox ..

Nənə, baba adlarını uşaqlara verməyin fəsadları var? – Həqiqəti qulaqları ilə görürlər

“Dövlətdə dəvə, övladda nəvə” deyib atalarımız. Nənələr, babalar nəvələrini sevdikləri üçün öz adlarını onlara qoymaqda maraqlıdırlar. Çox ailələrdə nənə və babaların öz istəyi ilə nəvəyə adının verilməsinin şahidi oluruq. Bundan əlavə valideynlər də hətta ölən ata-anasının ruhuna hörmət əlaməti olaraq öz övladlarına onların adını qoyurlar. Bu ənənə illərdir davam edir və demək olar ki, bir…

Daha çox ..

Nazirlik əlilliyi olan şəxslərlə bağlı MƏLUMAT yaydı

Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma…

Daha çox ..

Boşananda əmlak bölgüsü ilə bağlı YENİLİK – Ali Məhkəmədən QƏRAR

Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarı qəbul edilib. Qərarda maraqlı məqamlardan biri nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlirlə bağldır. Məsələn, əgər ər birgə yaşayış vaxtı hər hansı lotareya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab…

Daha çox ..

Türk xalqlarında Novruz adətləri

Novruz türk xalqlarının ana bayramı hesab olunur və əbədi həyat mahiyyəti daşıyır. Bu baxımdan Novruz bayramı türk xalqlarının demək olar ki, hamısında oxşar və fərqli adətlərlə qeyd olunur. Məsələn, Özbəkistanda Novruz bayramı hər zaman böyük təmtəraqla keçirilir. Belə ki, adətən ölkənin böyük şəhərləri olan Səmərqənd, Buxara, Əndicanda Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam…

Daha çox ..

Sosial yardım alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödəyib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Daha çox ..

Əhaliyə ŞAD XƏBƏR: Sosial ödənişlər BU TARİXDƏ VERİLƏCƏK

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Daha çox ..