Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb

“Təzəpir” məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.

Musavat.com xəbər verir ki, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri də iştirak edəcəklər.

Bu il qanvermə tədbirləri aşağıdakı ünvanlarda təşkil olunub:

S/n Şəhər, rayon Qanvermə aksiyasının keçirildiyi yer
1 Xəzər Mirmövsüm Ağa Ziyarətgahı
2 Nəsimi Əjdərbəy məscidi (Göy məscid)
3 Nizami “Sahib-əz-Zaman” məscidi
“Şah Abbas” məscidi
4 Səbail “Bibiheybət” məscid ziyarətgahı
5 Sabunçu “İmam-Rza” məscidi
6 Suraxanı “Qaraçuxur” məscidi
7 Yasamal “Təzə Pir” məscidi
İlahiyyat İnstitutu
8 Binəqədi Came məscidi
“İmam Əli” məscidi
9 Gəncə “İmamzadə” məscid ziyarətgah kompleksi
10 Lənkəran Mərkəzi Qan Bankının Lənkəran bölməsi
11 Mingəçevir “Heydər” məscidi
12 Sumqayıt “Cümə” məscidi
13 Şəki “İmam Əli” məscidi
14 Şirvan Şirvan şəhər məscidi
15 Bərdə “İmamzadə” ziyarətgah məscidi
16 Quba Mərkəzi Qan Bankının Quba bölməsi
17 Masallı “Cümə” məscidi
Masallı r-n Boradigah qəsəbə xəstəxanası
18 Göyçay “Əbülfəzlil Abbas” məscidi
19 Xaçmaz Rayon Mərkəzi Xəstəxanası
20 Salyan “Hacı Tağı” məscidi
21 Şuşa “Yuxarı Gövhər ağa” məscidi
22 Ağdam Ağdam şəhər “Cümə” məscidi
23 Naxçıvan şəhəri “Heydər” məscidi
Sarvanlar məscidi
Pirqəmiş məscidi
24 Babək Mərkəzi Rayon Xəstəxanası
Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri
25 Ordubad Rayon Mərkəzi Xəstəxanası
26 Culfa Rayon Mərkəzi Xəstəxanası
Bənəniyar kənd həkim məntəqəsi
27 Şahbuz Rayon Mərkəzi Xəstəxanası
28 Kəngərli Rayon Mərkəzi Xəstəxanası
29 Sədərək Rayon Mərkəzi Xəstəxanası
30 Şərur Rayon Mərkəzi Xəstəxanası

Qeyd edək ki, qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.