İSLAM 

Qurban bayramının namaz vaxtı açıqlanıb

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq: “Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

Read More
Cəmiyyət İSLAM 

Borc pulla qurban kəsmək olarmı?

“Qurbanı imkanı olan şəxslər kəsməlidirlər”. Bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov kredit kartı ilə qurban almaqla bağlı sualı cavablayarkən deyib. Ekspertin sözlərinə görə, kəsilən qurban, əsasən, imkansız şəxslərə paylanmalıdır: “Nəinki faizlə, sələmlə, ümumiyyətlə, qurbanı borcla kəsmək düzgün deyil. Dini cəhətdən kiminsə üzərində belə bir öhdəlik yoxdur. Qurban kəsmək imkanı olanların üzərində olan öhdəlikdir. İslama görə, faizə pul götürüb qurban kəsmək bəyənilməyən əməldir. Borcla qurban kəsmək düzgün deyil”. Əkrəm Həsənov məsələyə münasibətinin mənfi olduğunu deyib: “Sən onu ödəyə bilməsən və üzərinə faiz gəlsə, vacibdir bunu edəsən? Bu daha çox “qonşudan…

Read More
İSLAM 

Şiə təriqət deyil

Aləmlərin Rəbbi olan Allahın hökmü ilə əzəldən cəmi bir din mövcud olmuş və o İslamdır. İslam ideologiyasını bəşərdə təbliğ etmək üçün Allah (c.c) hər qövm üçün onların öz dillərində danışan peyğəmbərlər göndərmişdir. Və nəhayət, Hz. Musa-ya “Tövrat”ı, Hz. Davud-a “Zəbur”u, Hz. İsa-ya “İncil”i və sonuncu peyğəmbər Hz. Məhəmmədə (s.a.s) “Qurani Kərim”i nazil etmişdir. Nuh peyğəmbərlə başlanan din (İslam) Məhəmməd peyğəmbərlə tamamlanmışdır. Beləliklə, bütün peyğəmbərlər, Hz.İbrahim (Avraam), Hz.Musa, Hz.İsa və Hz.Məhəmməd (s.a.v) olmaqla, hər biri ayrı-ayrılıqda və ayrı-ayrı dövlərdə, Allahın eyni missiyasını – İslam ideologiyasını yerinə yetirmişlər. “Qurani-Kərim”, “Əş-Şura” surəsi (42) 13-cü…

Read More
İSLAM Ramazan 

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. ARANTV.AZ-ın məlumatına görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur. Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb. Bu gecə “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır:  “Biz bu gecə, həqiqətən,…

Read More
İSLAM Ramazan 

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb. “Report” xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir. 08:41 Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır. ARANTV.AZ xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 8:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb. Qeyd edək ki, bayram namazı…

Read More
İSLAM Ramazan 

Fitrə zəkatını bank kartları vasitəsilə ödəmək olarmı?

Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov Fitrə zəkatının verilməsi ilə bağlı “İki sahil”in suallarını cavablandırır: – Fitrə sözünün mənası nədir? –  “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin Fitr sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır. –  Zəkat sözünün mənası nədir? –  Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. İstilahi mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən…

Read More
İSLAM Ramazan 

Hansı şəxsin fitrə verməsi vacib deyil? – İlahiyyatçı cavablandırır

“Fitr bayramı axşamı qürub çağı həddi-büluğa çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan şəxs özü və çörək yeyəni olan şəxslər üçün adambaşına öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından müstəhəqqə bir “sa” (təqribən üç kq-a bərabər olduğu deyilir) verməlidir. Onun yerinə pul versə də kifayətdir. Lazım ehtiyata əsasən, öz şəhərində çox işlənməyən qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud kişmiş olsa belə, verməməlidir.” Bu fikriləri Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov “İki sahil”ə müsahibəsində deyib. Hacı Gülağa İsmayılov bildirib ki,…

Read More
İSLAM Ramazan 

Ramazan ayının otuzuncu gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan otuzuncu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:42-də, iftar vaxtı isə 19:28-dədir. Aprelin 9-u üçün namaz vaxtları:  Sübh azanı 04:47 Zöhr azanı 12:42 Əsr azanı 17:20 Məğrib azanı 19:28 İşa azanı 20:32 Otuzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”. Tərcüməsi: “İlahi, ağamız Məhəmməd və onun pak ailəsinin xətrinə bu aydakı orucumu sənin və peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd…

Read More
İSLAM Ramazan 

Fitr bayramı ilahi mükafatın alınması günüdür – İlahiyyatçı/ÖZƏL

Artıq “on bir ayın sultanı” mübarək Ramazan ayının son günləri yaşanır. Ramazan bayramı, həm də Fitr bayramı adlandırılır və onun özünəməxsus əməlləri var. Ramazan ayını ibadət, oruc, raz-niyaz, münacat, təvəssül və zikrlə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün həqiqi mənada bayramdır. Ramazan (fitir) bayramı namazının əhəmiyyəti də ən çox diqqət çəkir. Fitr bayramı müsəlmanlar üçün şadlıq və sevinc günü, ilahi mükafatın alınması günüdür Mövzu ilə bağlı Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov “İki sahil”ə bildirib ki, Fitr bayramı müsəlmanlar üçün əhəmiyyətli hesab edilən günlərdəndir, çünki bir aylıq oruc,…

Read More
İSLAM Ramazan 

QMİ Ramazan bayramı namazının saatlarını açıqlayıb

Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Bu barədə Musavat.com-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Read More