İSLAM 

Niyə qadınlar daha dərin basdırılır? – SƏBƏBLƏRİ

Qadın mərhumlar dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır. Bəziləri iddia edir ki, qadın kişidən ona görə dərinə basdırılır ki, torpağın altında da naməhrəmlərin gözündən qorunsun. El arasında buna müxtəlif səbəblər gətirənlər olur. Görəsən bunun həqiqətən dində anlamı nədir? İlahiyatçı Tural İrfan  açıqlamasında qeyd edib ki, bu adət olaraq edilir. “Ümumiyyətlə şəriətdə vacib bir hökm yoxdur ki, qadın kişidən dəridə basdırılmalıdır. Sadəcə örf deyilən bir şey var. Buna adət deyirlər. Yəni o örfə görə qadınlar bir qədər bəzi bölgələrimizdə, bəzi müsəlman ölkələrində bir qədər dərindən basdırılır. Onun da bir məcazi mənası…

Read More
Cəmiyyət İSLAM 

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb. ARANTV.AZ xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb. Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Read More
Cəmiyyət İSLAM 

Fitrə yalnız bu insanlara verilməlidir – ŞƏRTLƏR AÇIQLANDI

Bu gün ilin sonuncu Ramazan günüdür. Evlərdə bu gün sonuncu dəfə iftar süfrəsi açılacaq. Orucun mühüm əməllərindən biri də fitrə zəkatıdır. Hər bir şeyin zəkatı olduğu kimi insan bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir. Fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır. Burada maraqlısı isə, bu fitrələrin hansı ailələrə verilməsidir. Fitrə-zəkat kimlərə düşür? Ümumiyyətlə, necə etmək lazımdır ki, fitrə verilən şəxs də bundan utanmasın? Məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev Lent.az-a açıqlama verib. Onun sözlərinə görə, fitrə yalnız yoxsul…

Read More
İSLAM 

Fitr bayramının axşamı gələn qonağın fitrə zəkatı hansı şərtlər daxilində ev sahibinin öhdəsində olur?

Şəriətimizə görə, Ramazan ayının son günü məğrib zamanında hər kəs özünün və öhdəsində olan şəxslərin fitrə zəkatını ayırmalı və imkan daxilində tez bir zamanda (bayram namazından əvvəl və ya ən geci bayram gününün günortasına kimi) fəqir şəxsə təqdim etməlidir. Fitrə zəkatı hər bir müsəlmana vacibdir, istər oruc tutmuş olsun, istərsə də üzürlü və ya üzürsüz yerə oruc tutmasın. Bayram axşamı (yəni Ramazan ayının son gününün axşamı) məğrib zamanında (gün batanda) evə gələn qonağın da fitrə zəkatı ev sahibinin öhdəsindədir. İstər qonaq onun fitrəsini ev sahibinin verməsinə razı olsun, istərsə də…

Read More
Cəmiyyət İSLAM 

Bayram namazının vaxtı açıqlandı

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. ARANTV.AZ  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bayram namazının vaxtını açıqlayıb. O bildirib ki, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. F.Nurullayev əlavə edib ki, aprelin 20-si axşam isə bayram axşamı hesab edilir. Həmin gün fitrə zəkatı verilməlidir. F.Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq. Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.…

Read More
Cəmiyyət İSLAM Ramazan 

Ramazan ayında fitrə necə çıxarılır? – FOTO

On bir ayın sultanı Ramazan ayının son günlərini yaşayırıq. Bu müqəddəs ay insanları Allahı sevməyə, təmiz, vicdanlı, xeyirxah, iradəli olmağa yönəldir. Ramazanda oruc tutub namaz qılmaq, Allaha şükür etmək vacib şərtlərdir. Eyni zamanda Ramazan ayının yekununda fitrə vermək də adətdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır. Hər kəs öz himayəsində olan şəxslərin adından kasıblar üçün fitrə zəkatı verməlidir. Fitrə İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.…

Read More
Cəmiyyət İSLAM 

Ramazanda bayram namazının vaxtı açıqlandı

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə saat 09:00-da qılınacaq: “Aprelin 20-də axşam isə bayram axşamı hesab edilir və fitrə zəkatı verilir. Fitrə zəkatı hər il olduğu kimi minimum 10-15 manat məbləğ tövsiyə olunur. Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə saat 08:00-da, bəzi məscidlərdə isə saat 09:00-da qılınacaq”. Fuad Nurullayev…

Read More
Cəmiyyət İSLAM 

Bu gecə ehtimal edilən dördüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən dördüncü Qədr (əhya) gecəsidir. Dördüncü Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni aprelin 17-dən 18-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Read More
Cəmiyyət İSLAM 

Daha beş qadın dini ayin icraçısı məscidlərə təyinat aldı

Daha 5 qadın dini ayin icraçısı Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri “Cümə”, Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri “Cümə” məscidlərinə təyin olunublar. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edilib ki, komitə tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış bir qrup qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüş zamanı ölkədəki dini durum, dövlətin dini abidələrə və…

Read More
İSLAM Ramazan 

Ramazanda nə qədər zəkat verilməlidir? – QAYDASI VƏ MİQDARI

Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəbul olunduğu, günahların bağışlandığı Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır.  Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər. Bəs fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir? Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli bildirib ki, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz: “Fitr bayramına sayılı…

Read More