İSLAM 

Kemoterapi müalicəsi götürən xəstələrin oruc tutması lazımdırmı?

Sual: Kemoterapi seansları orucu pozurmu? Bu vəziyyətdə olan xəstələr oruc tuta bilərmi? Cavab: Xərçəng xəstələrinə tətbiq edilən kemoterapi dərmanları, tez-tez müəyyən bir miqdar maye (serum) ilə birlikdə verilir. Bilvasitə kemoterapi dərmanları deyil amma onlarla birlikdə verilən bu serumlar orucu pozar. Bir də xərçəng və kemoterapi müalicəsi səbəbilə onsuz da müqavimətləri zəif olan bu xəstələrin oruc tutması müqavimətlərini daha da zəiflədə bilər. Bu səbəblə kemoterapi seansları əsnasında bu xəstələrin oruclarını ertələməsi lazımdır.

Read More
İSLAM 

Qayınata və qayınana, öz gəlinlərini qızları kimi görə bilər?

Uca Rəbbimiz, Nisə surəsinin 23-cü ayəsində belə buyurur: “…Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır…” (Nisə 23). Ayədən gördüyümüz kimi, istər oğlunuzun arvadları istərsə qızınızın ərləri, qayınata və qayınanaya əbədi haramdır. Yəni, öz oğlu və qızı kimi olur. Bilavasitə, oğlunuz ya da qızınız vəfat etsə də, boşasa da yeznəniz öz oğlunuz, gəlininiz öz qızınız kimi olmağa davam edər.

Read More
İSLAM 

Ramazanda kimlər fidyə verməyə bilər?

Sual: Bəzi xəstələr nəinki fidyə verməyə hətta dərman almağa belə pul tapa bilmirlər. Belə xəstələrin fidyə verməsi vacibdir? Cavab: Allah Təala, Quranda Ramazan fidyəsini oruc tuta bilənlərin verməsini buyurmaqdadır: وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ = Oruc tutmağa gücü çatanlar bir kasıbı yedirəcək fidyə də verməlidirlər.” (Bəqərə, 2/184.) Təəssüf ki, ənənə dininin mənsubları bu ayəyə özlərindən bir “لَا” olumsuzluq ədatını əlavə etmək surətilə cümlənin əslini tam tərs istiqamətdə dəyişdirmiş və belə bir məna vermişlər: “Oruc tutmağa taqəti olmayanlar bir kasıbı yedirməklə fidyə verməlidirlər.” Verdiyiniz suallar, bu cür məallar nəticəsində yaranır…

Read More
İSLAM 

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. ARANTV.AZ  xəbər verir ki, ilk Qədr gecəsi aprelin 18-dən 19-na keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecələrinin əməlləri iki qismə bölünür: 1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər. 2. Qədr gecələrinin birinə məxsus olan əməllər. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır: Sübh azanına qədər oyaq qalıb, ibadətlə məşğul olmaq. Oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq…

Read More
İSLAM 

Qədr gecəsində saat neçəyə kimi oyaq qalmaq lazımdır?

Bu gün artıq mübarək Ramazan ayının 18-ci günüdür. İlk qədr gecəsi də məhz bu günə təsadüf edir. Qədr gecəsində nələr etmək və saat neçəyə qədər oyaq qalmaq lazımdır? Sonxeber.az mövzuyla bağlı suallarını ilahiyyatçı alim, din xadimi Əhliman Rüstəmova ünvanlayıb. O bildirib ki, Qədr gecəsi əhya gecəsidir (“əhya” “həyy”, yəni “diri” sözündən götürülüb və diri olmaq, oyaq qalmaq mənasını verir). “Allah “Quran”ı həmin gecədə nazil edib. “Qədr” surəsində də deyildiyi kimi, bu gecə min aydan xeyirlidir. Qədr gecəsində ibadət min ay ibadət eləməkdən, cihad etməkdən fəzilətlidir. Məsələn, bir nəfər iftarını açıb, namazını…

Read More
İSLAM 

Oruc sizə vacib edildi ki…

Oruc sizə vacib edildi ki… Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ “Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız.” Təqva günahdan çəkinmək mənasını bildirir. Əksər günahlar qəzəb və şəhvət kimi iki kökdən qaynaqlanır. Oruc bu iki meylin, qərizənin qarşısını alır. Ona görə də oruc vasitəsi ilə fəsad azalır, təqva isə yüksəlir. (“Kafi”, c.2, səh.18.) Quran təfsirçilərinin və alimlərinin nəzərincə, “ey iman gətirənlər” xitabı ilə başlayan ayələr…

Read More
İSLAM 

Gərək elə əməllər yerinə yetirək ki, Allah bizim özümüzü də qəbul etsin…

Gərək elə əməllər yerinə yetirək ki, Allah bizim özümüzü də qəbul etsin… Həzrət Peyğəmbər (s) “Şəbaniyyə” xütbəsində buyurur: “Bu aydakı nəfəsləriniz təsbihdir. Hər çəkdiyiniz nəfəs onun kimidir ki, sanki deyirsiniz: “Sübbuhun, Quddusun”. Yuxularınız bu ayda ibadətdir. Yerinə yetirdiyiniz kiçik işləri Allah qəbul edər. Əməlin qəbul olması onun müqəddiməsidir ki, Allah insanın özünü qəbul etsin”. Qurani-Kərimdə bunun iki nümunəsi vardır: 1. Allah bəzilərinin əməllərini qəbul edər. 2. Allah bəzilərini qəbul edər, nəinki ancaq əməllərini qəbul edər. Çünki bəzi insanların əməlləri salehdir və bəziləri isə özləri salehdirlər. Birinci dəstə o insanlardır ki,…

Read More
İSLAM 

Bir əsrdir oruc tutan adam

Türkiyədə yaşayan yaşlı bir kişi 1 əsrdir hər Ramazan ayında oruc tutur. Ağrının Doğubəyazid rayonunda 14 övlad, 77 nəvə sahibi olan 107 yaşlı İsa Çingiz adlı şəxs bir əsrdir oruclarını yarımçıq qoymadan sona qədər tutur. Doğubəyazid rayonuna 106 il əvvəl İrandan gələn İsa bəy uzunömürlü olmağın və sağlam yaşamağın sirrini təbii qidalanma ilə əlaqələndirib. 100 yaşında Həccə, 104 yaşında Ümrəyə gedən İsa bəy vaxtının əksər hissəsini Quran oxuyaraq keçirir. Yaşının çox olmasına baxmayaraq, namazlarını da evindən uzaqda yerləşən məsciddə gedib qılır. “7 yaşımdan bəri oruc tuturam. Hər Ramazan oruc tutdum…

Read More
İSLAM 

Hər bir oruc tutanın duası iftar zamanı yerinə yetər

“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə(ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183). Mübarək Ramazan ayı əldən getməkdədir. Bu mübarək ayın hər bir dəqiqə və saniyəsi qiymətlidir. Bütün İlahi dinlərdə orucun xüsusi yeri və əhəmiyyəti olmuşdur. Orucun fəzilətinə aid çoxlu hədislərimiz vardır. Allah Təala Qüdsi hədisdə orucun əhəmiyyəti haqqında buyurur: “İnsanların bütün işləri özləri üçündür. Orucdan başqa ki, Mənim üçündür. Mən özüm onun mükafatını verərəm. Oruc qalxandır. Ona görə də əgər oruc olsanız, pis və nalayiq sözlər deməyin. Fəryad çəkməyin.…

Read More
İSLAM 

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam

Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq. Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir. 1. Dua. Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar:…

Read More