İSLAM 

Adam səfərdə namaz qılmaq imkanı olmayacağını ehtimal edirsə…

İslam şəriətinə görə gündəlik namazlar, Ramazan orucu, həcc kimi vacib ibadətləri öz vaxt çərçivəsində yerinə yetirmək lazımdır. Vaxt daxil olmadan bu ibadətləri yerinə yetirmək olmaz. Kimsə bunu etsə səhv edir və ibadət məsuliyyəti onun boynundan götürülmür. Əgər vaxt çərçivəsi ərzində ibadəti etməsə, vaxt bitdikdən sonra qəza edə bilər, amma vaxtından qabaq edə bilməz. Əgər insan gün ərzində namazları qıla bilməyəcəyini ehtimal etsə belə, onları vaxtından qabaq yerinə yetirə bilməz. Qeyd edirik ki, namazı qəsdən qılmayıb qəzaya vermək də günah sayılır. Şəriətin nəzərdə tutduğu qaydalar daxilində namaz üçün münasib bir şərait…

Read More
İSLAM 

Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur

Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır. Alimlər 30 gün ərzində 14 “oruc tutan” sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər. Saglamolun.az xəbər verir ki, araşdırmanın nəticələri medicalxpress.com-da dərc olunub. Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır.

Read More
İSLAM 

Peyğəmbərin mübarək merac hadisəsi

Merac – Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında baş vermiş ən mühüm hadisələrdən biri. Hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir. Merac gününün də dəqiq tarixi məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Merac Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzələrindən biri sayılır. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” mənasını…

Read More
İSLAM 

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı?

Bədənə ağrıkəsici iynə vurdurmaq orucu batil etməz, bu barədə bütün müctəhidlər fikir birliyinə sahibdir. Lakin qidalandırıcı ampul və sistem vurdurmaq barədə müctəhidlərin fətvaları eyni deyildir. Bəziləri (məsələn, Ayətullah Sistani) buna icazə verir, bəziləri (məsələn, Ayətullah Xameneyi, Məkarim Şirazi, Vəhid Xorasani) isə bunu ehtiyata görə qadağan edir. Bu mövzuda hər kəs təqlid etdiyi müctəhidin fətvasını öyrənməli və əməl etməlidir. Axıcı maye ilə imalə etdirmək orucu batil edər. Lakin bağırsağa yeridilən və ya qadınlar tərəfindən istifadə edilən müalicə şamlarının istifadəsi icazəlidir. Çünki bunlar maye yox, bərk haldadır. Mənbə: islam.az

Read More
İSLAM 

Qonşu haqqı

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa, 36). Bu mübarək ayədə Allah qonşuları iki dəstəyə bölür və onların hər ikisini ayrı-ayrılıqda xatırladır: cari zi-l-qurba (yaxın qonşular) və cari-l-cünüb (uzaq qonşular). Bəzi təfsirçilər bu iki dəstəni qohum olan qonşular və yad qonşular kimi təqdim etmişlər. Bəzi alimlər birinci dəstəyə İslam dinində olan…

Read More
İSLAM 

Fitrə zəkatı necə verilir?

Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. Şafii, hənbəli və maliki məzhəblərinə görə, fitrə zəkatını vermək fərzdir, hənəfi məzhəbində isə vacib sayılır (fərz deyil). Cəfəri məzhəbinə görə, imkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir (cəfəri məzhəbindəki vacib əhli-sünnə məzhəbindəki fərzin hökmünü daşıyır). Fitrə zəkatının vacibliyini Həzrət Mühəmməd Peyğəmbər (s) hicri 2-ci ildə, ramazan ayının sonunda söylədiyi xütbə vasitəsilə müsəlmanlara elan etmişdir. İslam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: “Orucluq qurtaranda…

Read More
İSLAM 

Orucun niyyətini unutmaq

Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir? Bütün müctəhidlərin rə`yi (Təbrizi və Vəhiddən başqa): Orucu batil edən əməllər etməyibsə, niyyət etməlidir. Və orucu düzdür. Amma orucu batil edən əməllərdən birini edərsə, orucu batildir. Lakin (ramazan ayının hörmətinə xatir) şam azanına qədər batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra o günün qəzasını tutsun. Təbrizi və Vəhid: Orucu batil edən əməlləri etməyibsə, gərək niyyət edib oruc tutsun və vacib ehtiyata əsasən ramazan ayından sonra da həmin günü qəza etsin. Amma…

Read More
İSLAM 

Xanımlara aid orucun şəri hökmləri

Xanımlara aid orucun şəri hökmləri Sual: Süd verən qadının vəzifəsi nədir?Cavab: İmam Xomeyni, Xamenei və Nuri: Oruc tutmaq süd azlığına və uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ana üçün oruc vacib deyil və birinci halda gərək hər gün üçün yoxsula bir müdd təam versin. İkinci fərziyyədə (anaya zərərli olduqda) bu iş vacib ehtiyatdır, hər halda gərək orucları qəza etsin. Behcət, Sistani və Fazil: Oruc tumaq süd azlığına, uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ona oruc vacib deyil və gərək yoxsula hər gün…

Read More
İSLAM 

Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət

Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır. Ziyafət nə qədər böyük şəxs tərəfindən təşkil edilmiş olsa, süfrə məsələsi bir o qədər arxa planda qalır və əsas diqqət məclisin səbəbkarına, onunla ünsiyyətə yönəlir. Əgər kimsə belə bir boyük məclisə xüsusi olaraq dəvət alsa, üstəlik orada iştiraka gorə mükafat da veriləcəyini bilsə, yəqin ki, heç vaxt belə bir məclisdə iştirakdan boyun…

Read More
İSLAM 

Oruc necə tutulur?

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.…

Read More