İSLAM 

Sınaq – ilahi qanun

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 155-ci ayəsində buyurur: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ “Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.” Allah-Taala bütün insanları imtahana çəkir. Amma bütün imtahanlar eyni olmur. Bütün yer üzü imtahan və sınaq meydanıdır və bütün insanlar – hətta peyğəmbərlər – imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul…

Read More
İSLAM 

Bu gün yuxularımızın gerçəkləşdiyi gündür

“Bu gün bayram bayrama qarışıb. Çünki bu gün biz müqəddəs torpağımız olan Şuşada bayram namazı qılırıq. Bu, çox böyük tarixi hadisədir”. ARANTV.AZ xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib. “Biz bu günlərin həsrəti ilə yaşamışıq. Biz gecələr yuxularımızda bu məsciddə ibadət etdiyimizi görürdük. Bu gün yuxularımızın gerçəkləşdiyi gündür. Həqiqətən də hissləri ifadə etmək mümkün deyil. Artıq Şuşada quruculuq işləri başlayıb və Şuşaya əsl sahibləri qayıdıb. Azərbaycan xalqı öz ərazisində yaşayan bütün din…

Read More
İSLAM 

Şuşada bayram namazı qılınıb – YENİLƏNİB

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Ramazan bayramı namazı qılınır. ARANTV.AZ-ın məlumatına görə, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirir. *** İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə qılınan Ramazan bayramı namazı başa çatıb. “İki sahil” xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb. Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.

Read More
İSLAM 

Yeni şura yaradıldı: Şeyx sədr seçildi

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib. QMİ-dən verilən məlumata görə, təsis yığıncağının iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərə göstərilən diqqət, qabaqcıl və müasir beynəlxalq standartlara cavab verən din-dövlət münasibətləri ölkəmizdə mövcud olan dini konfessiyaların aralarındakı əlaqələrin xarakterinə də ciddi təsir edib. A.Paşazadə məlumat verib ki, təsis yığıncağında iştirak edən şəxslər ölkəmizdəki əsas dini konfessiyaların rəhbərləridir: “Onların öz konfessiyalarını ölkə səviyyəsində etibarnaməsiz təmsil etmək hüquqları var. Həmin şəxslərin Məşvərət Şurasına…

Read More
İSLAM 

Adambaşına neçə manat fitrə zəkatı verilməlidir?

“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır”. ARANTV.AZ-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. “Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, – A.Paşazadə vurğulayıb.

Read More
İSLAM Ramazan 

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik mətnində deyilir: “Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının əziz günü – Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha…

Read More
İSLAM Ramazan 

Şeyx: “Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur”

“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. “Qazılar Şurasının fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, – A.Paşazadə vurğulayıb.

Read More
İSLAM 

Bu gün sonuncu Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir. ARANTV.AZ  xəbər verir ki, sonuncu Qədr gecəsi mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır. Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Read More