Kriminal 

Qətlə yetirilən iki uşaq atası Hüseyn Feyzullayevin GÖRÜNTÜLƏRİ

Bu gün Göyçayda baş verən qətlin bəzi təfərrüatı məlum olub. Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun mərkəzində, “Dörd yol” deyilən ərazidə qeydə alınıb. Hadisə söyüş üstündə baş verib. Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib. Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib. O, bir…

Read More
Kriminal 

Sumqayıtda DƏHŞƏT: kişi 23 yaşlı qardaşı arvadını xəstəxanada…YENİLƏNİB

Sumqayıtda qardaşı arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Musavat.com-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub. *** Avqustun 9-da saat…

Read More
Kriminal 

Artan qadın cinayətləri

Belə cinayətlər daha çox Bakıda və Bakıətrafı kəndlərdə baş verir Son vaxtlar mətbuatda tez-tez qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlər oxuyuruq. Belə ki, bir neçə gün öncə “Abşeron Gənclər Şəhərciyi”ndə ər həyat yoldaşını binadan ataraq həyatına son qoydu. Avqustun 5-də isə Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi. Elə gün yoxdur ki, səhərimizi bu cür informasiyalarla açmayaq. İldən-ilə qadın cinayətləri ilə bağlı daha çox məlumatlar yayılır. Belə olan halda qadınlarımızı necə qoruyaq? Mehriban Zeynalova  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında deyib ki, qətllərin baş verməsinin…

Read More
Kriminal 

Qayınananın gəlini tərəfindən öldürülməsinin təfərrüatı – “Əri zəng edib ki…” – FOTO

Daşkəsəndə gəlini tərəfindən baltalanan və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovaya qarşı cinayət hadisəsi gecə saatlarında yatdığı vaxtı törədilib. Bu barədə mərhumun qızı Şəlalə Qurbanova deyib. Onun sözlərinə görə, hadisəni qardaşının həyat yoldaşı Səidə Həsənova törədib: “Mən bu barədə gecə saat 3-də eşitdim, zəng edib çağırdılar. Gəlin anamın başına zərbələr endirmişdi, qanın içində idi. Huşunu itirməmişdi, amma danışa bilmirdi, dili bağlanmışdı”. Onun sözünə görə, anasını əvvəlcə Daşkəsən xəstəxanasına, oradan isə Gəncəyə aparıblar. Nəhayət Bakıya aparılan qadın 7 gün komada qaldıqdan sonra vəfat edib. Şəlalə Qurbanova qeyd edib ki anası…

Read More
Kriminal 

Bərdədə qadın qətlə yetirilib

Bərdədə qətl baş verib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan ““İki sahil”ə verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır.

Read More
Kriminal 

Gəlini tərəfindən baltalanan qadın xəstəxanada ÖLDÜ

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib. “Report”un Qərb bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

Read More
Kriminal 

Ayşəni binadan atandan sonra düşüb yerdə təpikləyirmiş… – VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 23-ü saat 07 radələrində 2002-ci təvəllüdlü Hüseyn Kazımov aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atıb. Ayşən Kazımova xəstəxanada dünyasını dəyişib. Hadisənin şahidləri bildirib ki, A. Kazımova yıxılanda əlləri bağlı halda olub. Sonra H.Kazımov aşağı düşüb can verən həyat yoldaşını təpikləyərək “Sən hələ ölməmisən?” deyib. Məlumata görə, onlar arasında mübahisə qızıl üstündə düşüb. Ətraflı Baku TV-nin süjetində:

Read More
Kriminal 

DƏHŞƏT! Azərbaycanda oğul atasını şüşə parçası ilə öldürdü

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Read More