Qayınananın gəlini tərəfindən öldürülməsinin təfərrüatı – “Əri zəng edib ki…” – FOTO
Daşkəsəndə gəlini tərəfindən baltalanan və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovaya qarşı cinayət hadisəsi gecə saatlarında yatdığı vaxtı törədilib. Bu barədə mərhumun qızı Şəlalə Qurbanova deyib. Onun sözlərinə görə, hadisəni qardaşının həyat yoldaşı Səidə Həsənova törədib: “Mən bu barədə gecə saat 3-də eşitdim, zəng edib çağırdılar. Gəlin anamın başına zərbələr endirmişdi, qanın içində idi. Huşunu itirməmişdi, amma danışa bilmirdi, dili bağlanmışdı”. Onun sözünə görə, anasını əvvəlcə Daşkəsən xəstəxanasına, oradan isə Gəncəyə aparıblar. Nəhayət Bakıya aparılan qadın 7 gün komada qaldıqdan sonra vəfat edib. Şəlalə Qurbanova qeyd edib ki anası…
Read More