Cəmiyyət 

Həftəsonu maqnit qasırğası olacaq

13-14 iyunda Günəş aktivliyinin artacağı proqnozlaşdırılır.

Ölkə.az-ın məlumatına görə, ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozlaşdırma Mərkəzi bu barədə açıqlama yayıb.

Bildirilib ki, bu günlərdə G1 səviyyəli maqnit pozuntuları mümkündür. Bu, geomaqnit aktivliyin qırmızı səviyyəsinə uyğundur və maqnit qasırğası kimi təsnif edilir.

Günəş aktivliyinin bu cür səviyyəsi meteohəssas insanların səhhətinə təsir göstərə bilər. Mütəxəssislər həftəsonu imkan daxilində həddindən artıq fiziki və emosional yüklənmədən çəkinməyi, yuxu rejiminə riayət etməyi, kifayət qədər su içməyi və təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edirlər.

İlkin proqnozlara görə, həftəsonundan sonra geomaqnit vəziyyət tədricən sabitləşməyə başlayacaq, Günəş aktivliyinin intensivliyi isə azalacaq.

Daha çox xəbərlər