Kriminal 

Astarada bir ailənin üç üzvü bıçaqlandı

Astarada bir ailənin üç nəfər üzvü bıçaqlanıb. Hadisə rayonun Təngərüd kəndində baş verib. Belə ki, ötən gecə 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, gəlini 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və nəvəsi 2000-ci il təvəllüdlü Emral Seymur oğlu Abdullayev bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan ikisi – Seyran və Emral Abdullayevlər dərhal əməliyyat olunublar. Reanimasiyaya yerləşdirilən yaralılardan E.Abdullayevin xəsarətlərinin daha ağır olduğu bildirilir. Hadisə barədə dəqiq məlumat verilmir. İddialara görə, gecə saatlarında evə kimlikləri məlum olmayan maskalı şəxslər daxil olub.…

Read More
Kriminal 

Ağdaş sakini döş nahiyəsindən bıçaqlanıb

Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, rayon ərazisində 29 yaşlı gənc mübahisə və münaqişə zəminində bıçaqlanıb. Rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Kürdəmirdə qadını öldürüb yandıran şəxsin kimliyi müəyyənləşdi – RƏSMİ

Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 29.11.2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilib. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. İki il əvvəl törədilmiş hadisə ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birlikdə kompleks plan tərtib edib. Peşəkar prokurorluq, polis və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış…

Read More
Kriminal 

Bakıda dəhşətli hadisə – Başına daşla vurub öldürdülər

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq xəsarət yetirilməsi və aldığı xəsarətdən 15 sentyabr 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ARANTV.AZ  xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma…

Read More
Kriminal 

DƏHŞƏTLİ QƏTL: Oğul anası ilə birgə atasını öldürüb…

Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən Şamama Seyidova və oğlu Əmir Seyidovun cinayət işi. ARANTV.AZ “Ölkə.Az”-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İtkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib. Hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb. İş…

Read More
Kriminal 

Bərdədə qardaş bacısını bıçaqlayıb öldürmək istədi, köməyə gələn polisə də xəsarət yetirdi

Bərdədə bacısını və polisi bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası sentyabr ayının 23-nə təyin olunub. Qeyd edək ki, hadisə bu ilin may ayının 30-da Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər. Polis əməkdaşları evin həyətyanı…

Read More
Kriminal 

Bakıda qısqanc kişi özündən 22 yaş kiçik sevgilisini qətlə yetirib — MƏHKƏMƏ

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Sahib Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə bu il mart ayının 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib. Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib. Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub və törətdiyi…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli qısqanclıq cinayəti – GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ

Sentyabrın 13-də saat 10 radələrində Lənkəran rayonunda qətl törədilib. ARANTV.AZ  xəbər verir ki, Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilmiş meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı ov…

Read More
Kriminal 

Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, Sulutəpə qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1982-ci il təvəllüdlü Məmmədov Rüstəm Şamxal oğlu tanışı tərəfindən bıçaqlanıb və təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda böyrək nahiyəsinin daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin təfərrüatını araşdırır.“Report”

Read More
Kriminal 

Astarada gəlin qayınatasını bıçaqlayıb

Astarada bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir. Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, onun yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Artıq polis əməkdaşları tərəfindən saxlanılan A.Axundova törətdiyi…

Read More