Kriminal 

Tərtərdə kişi keçmiş arvadını yastıqla boğaraq öldürdü – YENİLƏNİB

Tərtərdə keçmiş arvadını öldürən 1984-cü il təvəllüdlü Səlim Əsədov ilkin dindirilmə zamanı qadını öldürmədiyini bildirib. Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. O, qadının öz əcəli ilə öldüyünü qeyd edib. Lakin aparılan məhkəmə tibbi ekspertizanın nəticəsində məlum olub ki, qadın yastıqla boğularaq öldürülüb. Bundan sonra S.Əsədov əməlini etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Qeyd edək ki, cütlüyün bu nikahdan üç azyaşlı uşağı var. 10:42 Sentyabrın 6-da saat 5 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon…

Read More
Kriminal 

Azərbaycanlı kişi arvadını öldürdü — Qanı ilə divara bunları yazdı

İstanbulda yaşayan Vüsal Orucov adlı azərbaycanlı Qaziosmanpaşadakı evində kəbinli həyat yoldaşı – 18 yaşlı Sevilay Kayanı qətlə yetirib. Xəyanət iddiası ilə arvadı ilə mübahisə edən Orucov daha sonra bıçağı götürərək onun boğazını kəsib. Qatil Sevilayın qanı ilə divara “xəyanətin cəzası ölümdür” yazıb. Hadisə yerinə gələn polis gənc qızın öldüyünü müəyyənləşdirib. Cinayətdən sonra qaçan Vüsal polisə təslim olub. Xəbəri eşidəndən sonra Sevilayın anasının halı pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, qonşuların bildirdiyinə görə cütlük 2 aydır evli imiş.qafqazinfo

Read More
Kriminal 

Masallıda 32 yaşlı kişi qətlə yetirən şəxs tutuldu

Sentyabrın 7-də gecə saatlarında Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Masallı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin tanışı, 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.…

Read More
Kriminal 

Şəmkirdə qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. ARANTV.AZ-ın məlumatına görə, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elpərəst Zamanov mübahisə zəminində qonşusu, 1990-cı il təvəllüdlü Rəşad Hüseynova daxilə keçməyən çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin isə saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Report

Read More
Kriminal 

“Lotu Quli”nin Rusiyadakı adamlarından biri məhkəmə qarşısında – VİDEO

50 yaşlı Rəhman Abdullayev hədə-qorxu yolu ilə pul tələb etmə və digər şəxsi qətl törətməyə təhrik etməkdə ittiham olunur. 31tv.ru hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, məhdud cinayətkar dairələrdə tanınan Rəhman Abdullayev Eldəniz Bağırov adlı şəxslə birlikdə ağır cinayət törətməkdə şübhəli bilinir. İstintaq sənədlərində qeyd olunub ki, hər iki şəxs üç il əvvəl Rusiyanın Metallurgiya rayonunun ərazisində yerləşən kafelərdən birində Kikboksinq üzrə Dünya Kubokunun qalibi olan Ramil Caniyevdən 300 min rubl (6 780 manat) pul tələb edib. Pulu tələb edən şəxslər qəsdən borcunu vaxtında geri qaytarmağı planlaşdıran həmyerlilərinin zənglərinə cavab verməyiblər.…

Read More
Kriminal 

Arvadını öldürən 81 yaşlı kişi tutuldu

Sabirabadda 81 yaşlı kişinin 44 yaşlı arvadını öldürməsi ilə bağlı rəsmi açıqlama verilib.  ARANTV.AZ bildirir ki, sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1976-cı il təvəllüdlü Mətanət Nuriyeva bıçaqlanaraq öldürülüb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin əri 1939-cu il təvəllüdlü Yaqub Eyyubovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Mətanət Nuriyevaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Yaqub Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam…

Read More
Kriminal 

Masallıda qadın qətlə yetirilib

Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyiti aşkar edilib. Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda terroristin cəzası məlum oldu – FOTO

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Read More
Kriminal 

Sumqayıtda tanışı olan qadını öldürüb, anasına xəsarət yetirən şəxs tutuldu

Sentyabrın 4-də saat 22:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Mehriban Cabbarova bıçaqlanaraq öldürülüb, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilib. Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb. Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı…

Read More
Kriminal 

Göyçayda 47 yaşlı kişi bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Qantəmir küçəsində qeydə alınıb. Rayon sakini, 47 yaşlı Umudov Seymur Vəzir oğlu bıçaq xəsarəti alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaralıya qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası və daxili qanaxma diaqnozu qoyulub. S.Umudov cərrahiyə əməliyyatı olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.Report

Read More