Tərtərdə kişi keçmiş arvadını yastıqla boğaraq öldürdü – YENİLƏNİB
Tərtərdə keçmiş arvadını öldürən 1984-cü il təvəllüdlü Səlim Əsədov ilkin dindirilmə zamanı qadını öldürmədiyini bildirib.
Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
O, qadının öz əcəli ilə öldüyünü qeyd edib.
Lakin aparılan məhkəmə tibbi ekspertizanın nəticəsində məlum olub ki, qadın yastıqla boğularaq öldürülüb.
Bundan sonra S.Əsədov əməlini etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Qeyd edək ki, cütlüyün bu nikahdan üç azyaşlı uşağı var.
10:42
Sentyabrın 6-da saat 5 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

