Kriminal 

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır. ARANTV.AZ  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutacaq. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək. Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı…

Read More
Kriminal 

Daşkəsəndə faciə- Balta ilə arvadını öldürdü

Bu gün saat 02 radələrində Daşkəsən rayonunda 39 yaşlı qadın qətlə yetirilib. Bu barədə Musavat.com-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Read More
Kriminal 

Azərbaycanda silahlı insident: Üç polis əməkdaşı və bir mülki şəxs qətlə yetirildi

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla…

Read More
Kriminal 

Azərbaycanda “montyor” iş başında öldürüldü

Bu ilin fevralın 26-da Tərtər rayonu, Buruc kənd sakini 1984-cü il təvəllüdlü Elbrus Şəmilovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Tərtər Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, istintaqla Tərtər Suvarma Sistemləri İdarəsində elektrik montyoru vəzifəsində işləyən Elbrus Şəmilovun xidməti vəzifəsini yerinə yetirərkən həmkəndlisi, 1971-ci il təvəllüdlü Muradxan Hüseynov ilə aralarında mübahisə baş verməsi səbəbindən sonuncunun onu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Muradxan Hüseynova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində…

Read More
Kriminal 

Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 25-ə təyin edilib. Qeyd edək ki, Əhməd Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında…

Read More
Kriminal 

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı YENİ QƏRAR

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun həbs qətimkan tədbirinin müddəti uzadılıb. “Report” xəbər verir ki, bununla bağlı qərar Xətai Rayon Məhkəməsində verilib. Qərarla bu müddət 20 gün uzadılıb. Xatırladaq ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən…

Read More
Kriminal 

Azərbaycanda toyda qan töküldü: Saxlanılan var

Şəmkir rayonunda toyda bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub. Mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur. Onun vəziyyəti kafi qiymətləndirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.//”Report”

Read More
Kriminal 

7 yaşlı uşağı öldürən məşqçi ilə bağlı hökm dəyişib?

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə məşqçi Mehman Xəlilovun apellyasiya şikayətinə baxılıb. Musavat.com-un xəbərinə görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb. Məhkəmə yekun qərarda belə nəticəyə gəlib ki, Mehman Xəlilov azyaşlını qəsdən öldürüb. Qeyd edək ki, Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrlik etdiyi kollegiyada baxılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Vəkil Mehman Xəlilovun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan…

Read More
Kriminal 

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? – Bu yolla…

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib.  Bu barədə “Yeni Sabah”a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. O bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiya ediləcək: “Əhmədin sifətinə baxanda demək olar ki, o, ruhi xəstə deyil. Ehtimal edirəm ki, Əhməd varislik hüququnu əldə etmək üçün bu qətli törədib. Çünki atası ona ev və maşın alıb verdiyi üçün qalan əmlakın bacısına veriləcəyini bildiribmiş. Buradan belə görünür ki, sözügedən cinayət miras üstündə olub. Amma çox təəssüf ki,…

Read More
Kriminal 

22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, 2 ay əvvəl itkin düşən Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qəsdən öldürüldüyü məlum olub. Cinayətdə Lənkəran rayon sakini Elvin İsmayılzadə şübhəli bilinir və o, artıq saxlanılıb. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini E. İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində K.Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. ARANTV.AZ  Baku TV-yə istinadən qətlə şübhəli bilinən…

Read More