Kriminal 

Bakıda kişi bacısını və onunla yaşayan kişini bıçaqladı

İyulun 25-də, gecə saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1994-cü il təvəllüdlü Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zümrüd Sadıqovaya və onunla ilə birlikdə yaşayan İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirərək, onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı…

Read More
Kriminal 

Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı – TƏFƏRRÜAT

Qazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib. Kafedə müşətir olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər. Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb. Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli hadisə: Qohumlarına hücum etdi – ÖLƏN VƏ YARALANAN VAR

İyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. ARANTV.AZ xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları – Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən…

Read More
Kriminal 

Qazaxda 1-i qadın olmaqla, 4 nəfər bıçaqlandı

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisələrdən biri kafedə baş verib. Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, o, taksi sürücüsü ilə mübahisə zəminində…

Read More
Kriminal 

Şəmkirdə QANLI GECƏ: Bir nəfər öldürüldü, bir nəfər isə…

Şəmkir rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ “Report”a istinadla xəbər verir ki, yerli sakin bıçaqlanıb. O, aldığı xəsarətdən ölüb. Hadisə nəticəsində daha bir gənc bıçaqlanıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin təfərrüatları, habelə ölən və xəsarət alanın şəxsiyyətləri müəyyənləşdirilir.

Read More
Kriminal 

Kürəkənini rayona apardı, çəkiclə öldürdü, yandırıb basdırdı – ŞOK SƏBƏB/TƏFƏRRÜAT

Lerik rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin səbəbləri üzə çıxıb. Publika.az-ınhüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı şəhərində daimi yaşayan, əslən Lerikdən olan 1960-cı il təvəllüdlü Rzayev Akif Yədulla oğlunun kürəkəni, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu qətlə yetirməyi öncədən planlaşdırdığı məlum olub. İlkin araşdırmalar zamanı məlum olub ki, bir neçə il əvvəl Əkbər Nuriyev Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Lakin evliliyin ilk vaxtlarından etibarən o xanımını mütəmadi olaraq çox ağır formada döyürmüş. Onun qadını vəhşicəsinə döyməsi nəticəsində qadın dəfələrlə ağır xəsarətlər alıb və hətta bu səbəbdən o,…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli qətl: Qayınata kürəkənini öldürüb meşədə basdırdı

Lerik rayonunda qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə iyul ayının 20-də, günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb. Əslən Lerikdən olan, Bakının Xətai rayon sakini – 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni – 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib. O, meyiti yandıraraq, meşədə dəfn edib və paytaxta qayıdıb. Hadisədən iki gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib. Dünən axşam saatlarında hüquq-mühafizə orqanları…

Read More
Kriminal 

Sumqayıtda kişi qonşu qadını bıçaqladı

İyulun 22-də saat 08 radələrində 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızının bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb. Daxil olan müraciət əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Abdul Əsgərov şübhəli şəxs…

Read More
Kriminal 

Bibisi oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda bibisi oğlunu öldürməkdə təqsirli bilinən Rəmiş İsmiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materiallları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. İttihama görə, bu il yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini Rəmiş İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu, 23 yaşlı Cavid Muxtarova bıçaqla xəsarət yetirib. Cavid Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb. Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının…

Read More
Kriminal 

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin “Ət kombinatı” adlanan ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə iki nəfər – 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səthinin kəsilmiş-cırılmış və Gədəbəy rayonunun Dəyirmandağı kənd sakini, 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.APA

Read More