Kriminal 

Bakıda 41 yaşlı kişi küçədə qətlə yetirildi

İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. ARANTV.AZ  xəbər verir ki, Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda Aslan Sadıqovun yerinin…

Read More
Kriminal 

2 yaşlı uşağı vəhşicəsinə öldürdü, anasını isə…- TƏRTƏRDƏKİ DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

Ötən gecə Tərtər rayonunda 2 yaşlı uşağın vəhşicəsinə öldürülməsi hadisəsinin təfərrüatları məlum olub. Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2018-ci il təvəllüdlü Ömər Ağazadəni kənd təsərrüfatında alaq təmizləmək üçün istifadə edilən alətlə vururaq qəsdən öldürən 32 yaşlı Elmir Hüseynov uşağın atası ilə dayınəvəsi-bibinəvəsidir. İlkin araşdırmalar zamanı məlum olub ki, E.Hüseynov uşağın başına zərbələr endirərək onu öldürəndən sonra azyaşlının anasına da hücum edib. Qadına kütəklə zərbələr endirən şəxs onun qolunu sındırıb. Bildirilir ki, hadisədən əvvəl kənddə “Xırman” adlanan yerdə E.Hüseynov Ö.Ağazadənni atası və digər 4-5 nəfərlə birlikdə söhbət edirmiş. Daha sonra…

Read More
Kriminal 

Şəkidə I qrup əlili öldürən şəxsin məhkəməsi başlayır

Şəkidə I qrup əlili öldürməkdə təqsirli bilinən Orxan Yusiflinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib. İttihama görə, bu il yanvarın 29-da, saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub. Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı…

Read More
Kriminal 

Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib. ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Vəliyev ölüb. Hadisəni törədən şəxs saxlanılıb. Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil. Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. APA

Read More
Kriminal 

Bakıda iki nəfəri öldürən qardaşların həbs müddəti uzadılıb

Bakıda keçmiş arvadını və daha bir nəfəri öldürməkdə təqsirləndirilən Anar Hacıyev, onun qardaşı Sakit Hacıyevin barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Hər iki şəxs barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay uzadılıb. Qeyd edək ki, martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin…

Read More
Kriminal 

Tovuz sakinini güllələyərək öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib – RƏSMİ

13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri üzrə cinayət işinə başlanılaraq, Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə…

Read More
Kriminal 

Gəncə sakini həmyerlisini bıçaqladı

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, şəhərin Nizami küçəsində Gəncə şəhər sakini Yaqub Hacıyev mübahisə zəminində həmyerlisi Vüqar Həsənov tərəfindən küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən V.Həsənovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış davam etdirilir.

Read More
Kriminal 

Göygöl sakini kürəyindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. 2002-ci il təvəllüdlü İsmayıl Mirzəyev kürək və bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir. 18 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda dəhşətli cinayət: Tanışını öldürüb basdırdı – YENİLƏNİB

Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib. Bununla bağlı Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb. Prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi…

Read More
Kriminal 

24 yaşlı Mingəçevir sakini bıçaqlandı

Mingəçevir sakini qolundan bıçaq xəsarəti alıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Cavanşir İsrafil oğlu sağ qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarətin qəsd və ya təsadüf nəticəsində yetirildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.APA

Read More