Kriminal 

Göygöl sakini kürəyindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayıl Mirzəyev kürək və bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir.

18 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər