Kriminal 

Bakıda DƏHŞƏT – Qardaş qardaşı qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib. ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Teymur Ramazanov saxlanılıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Read More
Kriminal 

Göygöldə qadınlar arasında bıçaqlanma

Göygöldə qadınlar arasında bıçaqlanma olub. ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Belə ki, 29 yaşlı kənd sakini Rəvanə Novruzova qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. İlkin məlumata görə, qadın mübahisə zəminində qonşu qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda kişi keçmiş arvadını və qayınanasını öldürdü-DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda keçmiş arvadını və qayınanasını qətlə yetirməkdə təqsili bilinən Ramin İsmayılovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, qətl hadisəsi Xətai rayonu Nahimov küçəsindəki evlərdən birində törədilib. Mənzildə 1954-cü il təvəllüdlü Ətir Şirinova və qızı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib. Qadınların cəsədini Ətir Şirinovanın evə qayıdan oğlu aşkarlayıb. Qətlin Günay İsgəndərovanın keçmiş həyat yoldaşı İsmayılov Ramin Səfər oğlunun törətdiyi məlum olub. Qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs daha sonra Ağdam rayonuna gedərək orada polisə təslim olub. İstintaqla müəyyən olunub ki, aralarındakı nigah pozulduqdan…

Read More
Kriminal 

Göygöldəki dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR

Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxs tutularaq istintaqa cəlb edilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Göygöl Rayon Prokurorluğu məlumat yayıb. Qeyd edilir ki, iyunun 18-də, saat 23 radələrində Göygöl rayonu, Balçılı kəndi ərazisində yolu keçmək istəyən piyada – Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Fizuli Əsgərovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Göygöl rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə…

Read More
Kriminal 

Paytaxtda 35 yaşlı kişi qətlə yetirilib

İyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. Baş Prokurorluqdan verilən xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və…

Read More
Kriminal 

Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı

İyunun 16-da saat 04 radələrində odlu silahla qətlə yetirilmiş 1996-cı il təvəllüdlü Asif Qarayevin meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub. Salyan rayon prokurorluğundan bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib və müvafiq qaydada qablaşdırılaraq götürülüb. Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin…

Read More
Kriminal 

Xırdalanda ata 15 yaşlı qızını yatdığı yerdə ürəyindən bıçaqlayıb — Dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEO

Xırdalan şəhərində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirli bilinən Nəsib Cabbarovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı N.Cabbarov 15 yaşlı qızını əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı yerdə amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Nəsib…

Read More
Kriminal 

Bərdədə qadını zorlayan, sonra öldürən şəxs hakim qarşısına çıxarılacaq

Bərdədə qadını zorlayıb daha sonra öldürməkdə təqsirli bilinən Cavid Rəncbərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 24-ə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevral ayının 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub. Bu barədə daxil olan məlumat əsasında dərhal…

Read More
Kriminal 

“Hər evdə belə şey ola bilər deyəndə…” Bakıda kişi ona xəyanət edən arvadını boğub öldürdü — TƏFƏRRÜAT-VİDEO

Biləcəri qəsəbəsində arvadını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Mahir Alıyevin cinayət işi. ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. Mahir Alıyev yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı 1966-cı il təvəllüdlü Mehriban Alıyevanı boğaraq qətlə yetirib. Mahir Alıyev cinayəti törətdikdən sonra könüllü polisə gələrək təslim olub. Təqsirləndirilən şəxs qismində dindirilən Mahir Alıyev ifadəsində bildirib ki, arvadı Mehriban Alıyeva onun həmdə xalası qızı olub. Onlar 1984-cü ildə ailə həyatı qurublar və üç övladları dünyaya gəlib. Münasibətləri həmişə yaxşı olub. Şamaxı rayonunda yaşayan zaman tanışlarından eşidib ki, Mehriban…

Read More
Kriminal 

Qobustanda kürəkən qayınatasını və qaynını bıçaqlayıb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Niyazov Zaur Nuhbala oğlu ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Qəhrəmanov Əhliman Şəkər oğlunu və qayını, 1990-cı il təvəllüdlü Qəhrəmanov Nurlan Əhliman oğlunu bıçaqlayıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Read More