Kriminal 

Bakıda kişi keçmiş arvadını və qayınanasını öldürdü-DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda keçmiş arvadını və qayınanasını qətlə yetirməkdə təqsili bilinən Ramin İsmayılovun cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, qətl hadisəsi Xətai rayonu Nahimov küçəsindəki evlərdən birində törədilib.

Mənzildə 1954-cü il təvəllüdlü Ətir Şirinova və qızı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib. Qadınların cəsədini Ətir Şirinovanın evə qayıdan oğlu aşkarlayıb. Qətlin Günay İsgəndərovanın keçmiş həyat yoldaşı İsmayılov Ramin Səfər oğlunun törətdiyi məlum olub. Qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs daha sonra Ağdam rayonuna gedərək orada polisə təslim olub.

İstintaqla müəyyən olunub ki, aralarındakı nigah pozulduqdan sonra Ramin İsmayılov 8 yaşlı oğlu Səfər İsmayılovu keçmiş arvadı Günay İsmayıılovaya qaytarmaq qərarına gəlib.

Bu məqsədlə keçmiş arvadının evinə gələn Ramin onun başqa şəxslə görüşdüyünü bilib və buna görə qısqanclıq zəmnində qadını öldürmək qərarına gəlib.

Saxlanılan Ramin İsmayılov ifadəsində bildirib ki, Günayla 2009-cu ildə ailə qurub və bir ildən sonra oğlanları anadan olub.

Xətai rayonu Nahimov küçəsində torpaq sahəsi alaraq orada ev tikib. Arvadı Günayla 2016-cı ildə rəsmi şəkildə boşanıblar və məhkəmənin qərarı ilə övladı arvadının himayəsinə verilib.

2018-ci ildə Günayın anası və qohumları onları barışdırıblar. Onlar birlikdə Ağdam rayonuna gedərək bir müddət orada yaşayıblar.

Bir necə gün sonra qayınanası zəng edərək ərinin beyninə qan sızdığını və Günayın təcili Bakıya qayıtmasını deyib. Arvadı Bakıya gedəndə oğlu Raminlə birlikdə qalıb.

Ramin Rusiyaya getmək istədiyindən uşağı anasına vermək qərarına gəlib. Mayın 21-də oğlu ilə evlrinə tərəf gəldikdə həyət qapısının açıq olduğunu və küçədə ağ rəngli avtomobilin dayandığını görüb.

Pəncərədən baxan zaman Günayın tanımadığı şəxslə söhbət etdiyini görərək bərk əsəbləşib. Oğlan avtomobilə əyləşib gedəndən sonra Ramin həyətə girib və odun sobasının içərisində gizlətdiyi bıçağı götürüb evə daxil olub. Arvadından kiminlə söhbət etdiyini soruşanda qayınanası onun oğlunun dostu olduğunu deyib. Bu zaman Günay həmin şəxslə münasibətlərinin olduğunu deyərən onunla mübahisə etməyə başlayıb. Ramin İsmayılov sağ əli ilə bıçaqı cibindən çıxarıb üzbəüz dayanan arvadına zərbələr vurub.

Sonra əlbəyaxa olan qayınanasının müxtəlif nahiyyələrinə çoxsaylı bıçaq zərbələri endirib. Qayınanası yerlə yıxılan kimi Günaya yaxınlaşıb onada növbəti xəsarətləri yetirib.

Hadisə barədə daha ətraflı videonun 10:51-ci dəqiqəsindən baxa bilərsiz.

“Ölkə.Az”

Daha çox xəbərlər