Kriminal 

DƏHŞƏTLİ HADİSƏ: 15 yaşında qaçırdı, 9 il sonra yandırdı – VİDEO

“Şuranın 15 yaşı olanda Nurlan Hüseynov tərəfindən qaçırılıb”. ARANTV.AZ  xəbər verir ki, bunu Kürdəmirdə əri tərəfindən üzərinə benzin tökülərək yandırılan Şura Əmirovanın nənəsi Yaşagül Səlimova deyib. 24 yaşlı Şuranın nənəsinin sözlərinə görə, 2011-ci ildə onlar ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlib. 2017-ci ildə isə Şura Əmirova Nurlan Hüseynovdan boşanıb.   Publika.az

Read More
Kriminal 

Kişi keçmiş arvadını sevgilsinin yanında öldürdü: “Təzə barışmışdıq…”

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə, onunla birlikdə olan kişiyə isə xəsarət yetirməkdə ittiham olunan Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Rəşad İbrahimzadənin işinə Ali Məhkəmədə baxılıb. ARANTV.AZ xəbər verir ki, Rəşad İbrahimzadə nikahı 14 fevral 2018-ci ildə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən pozulmuş arvadı Zəhra İbrahimovanın başqa kişilərlə görüşərək, əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. Rəşad keçmiş arvadınmı izləməyə başlayıb və onu 1 may 2018-ci ildə, saat 8 radələrində Bakı şəhəri, “Gənclik” metrosu yaxınlığında avtobus dayanacağında 199 nömrəli marşrut avtobusuna əyləşdiyini görüb. Rəşad taksi maşınında onu izləyərək arxasınca gedib. Zəhranın…

Read More
Kriminal 

Bərdədə iyrənc olay: Ondan 33 yaş böyük qadının evinə girib zorladı, daha sonra…

Bərdə rayonunda qadını amansızlıqla öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq. İttihama görə, bu ilin fevralın 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə…

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏT: Kişi qadını traktora bağlayıb yandırdı – VİDEO (18+)

Kürdəmirdə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. Qadının qaz sızması zamanı yaranan partlayışda yandığı bildirilib. Lakin qadın özünə gələndən sonra keçmiş əri tərəfindən yandırıldığını deyib. Şura adlı qadın bildirib ki, dünən keçmiş həyat yoldaşı gəlib yalvararaq onunla barışmasını istəyib. Əri ilə razılaşan qadın hadisəni törətməkdə şübhəli bilinən şəxslə evlərinə gedən zaman yarı yolda, keçmiş əri onu traktora bağlayaraq qisas məqsədi ilə yandırıb. Hadisənin Kürdəmirdə Muğanlı adlı sahəlikdə baş verdiyi bildirilir. Qeyd edək ki, yanandırılan qadın ərindən 2017-ci ildə ayrılıb. Ürəyi zəif olanlar baxmasın! (mediapost.az)

Read More
Kriminal 

“Dedim sən yolunu azmısan”-Gənc oğlan özündən 20 yaş böyük sevgilisini boğaraq öldürdü — BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜAT-VİDEO

Bakıda sevgilisini boğaraq qətlə yetirməkdə təqsirli bilinən Paşa Cəbrayılovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, qətl hadisəsi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib. Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Bildirilir ki, Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı…

Read More
Kriminal 

Sumqayıtda kişi keçmiş arvadını bıçaqladı – VİDEO

İyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, ətrafda olan insanların köməyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə…

Read More
Kriminal 

Bakıda kirayənişini tərəfindən bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldıqdan sonra öldü

Bakıda kirayənişini tərəfindən ötən ay bıçaqlanmış şəxs ölüb. ARANTV.AZ-ın xəbərinə görə, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində qeydə alınıb. Məlumata görə, bu il mayın 2-də Sərdar Hacıyevlə ona məxsus evdə kirayədə yaşayan Vüqar Məmmədov arasında mübahisə baş verib. Bu zaman kirayənişin ev sahibinə bıçaqla xəsarət yetirib. V.Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət başlanılıb və o, tutulub. S.Hacıyev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və 20 gün sonra, yəni mayın 22-də xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan 17 gün sonra qəfildən ölüb.…

Read More
Kriminal 

Bakıda küçədə bıçaqlanan kişi komaya düşdü

Bakıda orta yaşlı kişi bıçaqlanıb. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Tərlan Abdulhüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə “AzərSuTikinti” xəstəxanasına gəlib. Xəstəxanada yaralı xəsarətlərin ağırlığından komatoz vəziyyətə düşüb.Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

DİN 2 nəfərin öldürüldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi iyunun 6-da Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində törədilmiş qətllə bağlı məlumat yayıb. ARANTV.AZ xəbər verir ki, məlumatda deyilir: ” İyunun 6-da Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində şəhər sakinləri Zöhrab Qasımovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, Namiq Rəhimovun isə üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçiriblər. Hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülmüş,…

Read More