Kriminal 

“Dedim sən yolunu azmısan”-Gənc oğlan özündən 20 yaş böyük sevgilisini boğaraq öldürdü — BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜAT-VİDEO

Bakıda sevgilisini boğaraq qətlə yetirməkdə təqsirli bilinən Paşa Cəbrayılovun cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, qətl hadisəsi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.

Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Bildirilir ki, Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb. Paytaxtda tikintidə fəhləliklə məşğul olan və kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb.

Daha sonra Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və bundan sonra Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayəlov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.

Hadisədən bir neçə gün əvvəl Paşa Cəbrayılov Zülfiyyənin münasibətlərində dəyişiklik hiss edib. Gənc oğlan özündən yaşca böyük sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib.

Hadisə baş verən gün Paşa Cəbrayılov Zülfiyyə ilə yolda rastlaşıb. Həmin vaxt Zülfiyyə uşağını məktəbə qoyaraq kirayə yaşadığı evə qayıdırmış. Onlar birlikdə evə gəliblər.<ins’></ins’>

Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovu söyüb. Söyüşü eşidib otağa qayıdan Paşa Cəbraylov qadına “sən yolunu azıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.

Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Paşa Cəbrayılov məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az

Daha çox xəbərlər